Biz tərəfdə ərzaq oğurluğunda ittiham edilən baxça müdürəsi, o biri tərəfdə vicdanınbın səsinə qulaq asan Rəqsanənin qızı - QALMAQAL BÖYÜYÜR

3-05-2018, 13:16           

Müğənni Rəqsanənin qızı Aysun İsmayılovanın 1 saylı Körpələr Evindən uşaqların ərzaqlarının maşınlarla aparılmasını əks etdirən videosu yayılandan sonra həmin xəstəxananın direktoru Nəhayət Əliyeva criminal.az saytına müsahibə verib.
UlduzumSan.Az bildirir ki, direktor müsahibəsində videoda əks olunan görüntülərin, əslində, oğurluq deyil, gözətçisinin yorğan-döşəyi olduğuna inandırmağa çalışıb.
“Aysun oranı “priton”a çevirib”
“Yetimin çörəyin yemək əclaflıqdır” deyən N.Əliyeva həmin videonu yayan A.İsmayılovanın ünvanına sərt ifadələr işlədib: “Həmin Aysun müğənni Rəqsanənin qızıdır. Rəqsanə bilmirəm harda qalır, amma qızı nənəsi ilə bizim iş yerinin həyətində kirayədə yaşayırlar. Oranı da pritona çevirib. Belə adamların sözünə inanmaq düzgün deyil axı. Bu qız mənə şər atır, yalandan paylaşım edir. Mən indi sabah bunu məhkəməyə verim, bu da bilsin. Sosial şəbəkələrdən elə də başım çıxmır. Ali savadlıyam, şoulara baxmıram. Aysunun yaydığı videonu da mənə idmançı Kamil Zeynallı göndəribdi. Özümün xəbərim yox idi. Evimdə yetimin, şikəstin şəkillərini çəkib sizə göndərsəm, dəhşətə gələrsiniz. Gecə-gündüz o uşaqları uşaqlarımla yatızdırıram. Türkiyə və Almaniyadan belə gedib onlara yardım edirəm. Nə vaxt Bakıya qonaqlar gəlsə, bizim körpələr evinə gətirirlər. Çünki məndə həmişə vəziyyət qaydasında olur. İki dəfə işçi çıxartmışam, 200 qram ətə görə”.
Aysun İsmayılova isə bildirib ki, Nəhayət Əliyeva törətdiyi əməlin altından çıxa bilmədiyindən şər-böhtan atır:
“Onun belə bir sübutu var ki, mən mənzilimdə əxlaqsızlıq edirəm? O adam yaşından-başından utanmırmı? Mənim və ailəm haqda nəsə desə onunla başqa cür danışaram. Aidiyyəti orqanlara yazaram ki, o, məni şərləyir. Bu insan yayılan videoların altından çıxa bilmir, başqa yollara əl atır. O zaman mən susmaram. Sən kimsən ki, mənim haqqımda belə danışırsan? Allaha şükür ki, bütün qonşular bizi tanıyır. Bu evdə bacımın dayəsi var, ailə dostlrımız var ki, hər gün bizdə olurlar. Bunun sübutu yoxdursa, mən ona böyük problemlər yaradaram.
“Ağzını yummasa, ailəm və mənim haqda artıq-əskik danışasa…”
A.İsmayılovanın sözlərinə görə, N.Əliyevanın kirayə adlandırdığı mənzil 1998-ci ildən atamın olub, beş il əvvəl isə nənəmə hədiyyə edib: “Bizim evə gələnlər arasında cavan adam yoxdur. Həmin mənzildə iki xalam oğlu, mən və nənəm yaşayırıq. İki adam bizə daim gəlib-gedir. Biri yaşlı qadındır, bir də telejurnalist. Mamamın prodüseri olub, onun əlində boyümüşəm.
Mən o qadını tanımırdım. Vicdanım əl vermədi, hər dəfə o mənzərəni görəndə ağlayırdım. Bu videoları tək mən çəkməmişəm. Bizə gəlib-gedən xanım jurnalist də çəkib. O insan özünü itirib. Ağzını yummasa, ailəm və mənim haqda artıq-əskik danışsa, onunla başqa cür danışacam. Millət ondan soruşmur ki, Aysun kirayədə qalır, yoxsa evində nə edir? Millət ona sual verir ki, ay müdir xanım, yetimlərin malını hara aparırsan? Hərəyə bir söz deyir. O, deyəsən, şərləmək işi ilə məşğuldur, adını başqasına qoyur. Ağzın yumsun. İyirmi yaşım var. Yalan şey çəkib niyə özümə problem yaradım? Mənim əlimdə faktlar olduğuna və uşaqlara yazığım gəldiyinə görə belə etmişəm. Əgər ürəyim ağrımasaydı, niyə özümü bu problemə qatım ki?” – A.İsmayılova əlavə etdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.