Zeman: “Noviçok” Çexiyada istehsal olunub

4-05-2018, 07:20           

Çexiya prezidenti Miloş Zeman ölkədə “Noviçok” sinir-paralitik qazının istehsal olunduğunu və sınaqdan keçirildiyini etiraf edib.

Oxu.Az xəbər verir ki, bu barədə “Gazeta.ru” məlumat yayıb.

“Nəticə belədir ki, bizim ölkədə az miqdarda olsa da “Noviçok” istehsal olunub və sınaqdan keçirilib, ancaq sonradan məhv edilib. Bunun belə olmadığını demək, riyakarlıq olardı”, - deyə Zeman vurğulayıb.

Ölkənin daxili kəşfiyyat xidmətinin hesabatına əsasən qazın istehsalı Brno laboratoriyasında həyata keçirilib.

Qeyd edək ki, bundan əvvəl Britaniya hökuməti Solsberidə keçmiş rusiyalı casus Serqey Skripalı zəhərləyən “Noviçok” maddəsinin Rusiyada istehsal olunduğunu iddia edirdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru