Müğənni Rəqsanə qızına görə nazirliyə od püskürdü: "O videolara yaxşı-yaxşı baxsınlar!"

4-05-2018, 21:40           

Xəbər verdiyimiz kimi, müğənni Rəqsanə İsmayılovanın qızı Aysun 1 saylı körpələr evinə gətirilən ərzaq və pamperslərin avtomobillə başqa yerə daşınmasını əks etdirən görüntülər yayımlayıb.
Sözügedən körpələr evinindirektoru Nəhayət Əliyevanı isə Aysunun dediklərini təkzib edib, onu məhkəmə ilə hədələyib. Məsələ ilə bağlı Rəqsanə İsmayılova BiG.AZ-a açıqlama verib və məhz bu mövzuya görə işlərini atıb Azərbaycana gəldiyini vurğulayıb. Xanım ifaçı bildirib ki, sonuna kimi qızının arxasındadır:
“Əgər qızım Aysun hər hansı bir Azərbaycan vətəndaşının haqqını tapdalayan məsələni gizlətsə, məsələnin aktuallaşmasını ört-basdır etsə, o övladı mən övlad kimi qəbul etmərəm. Çünki mən ona elə tərbiyə verməmişəm ki, yeyilən haqqa göz yumsun. Mən və övladım Allahın qarşısında alnımız açıq, başımız dikdir. Sözümüzü də demişik. Əlimizdə başqa videolar da var. Hamısını hüquq-mühafizə orqanlarına təqdim edəcəyik”.
Rəqsanə İsmayılova Səhiyyə Nazirliyinin Aysunun yaydığı görüntüləri saxta adlandırmasına da münasibət bildirib. O, saytımız vasitəsilə nazirliyə müraciət edib:”Səhiyyə Nazirliyinə müraciət edib demək istəyirəm ki, videoya yaxşı baxsınlar. Bu görüntülər nədir ki. Əlimizdə 20-yə yaxın videolar, faktlar var. Ölkə başçımız İlham Əliyev dəfələrlə çıxışlarında hər hansı bir rüşvət faktını, haqszılığı gizlətməməyi, bu barədə lazımi orqanlara müraciət etməyi əmr edib. Biz yalan deyiriksə, bütün qonşular da yalan deyir? Qonşular da hadisəyə şahiddir. Onlar bizə müraciət edib məhkəməyə gəlmək, şahid qismində iştirak etmək istəyirlər. Aysunun 20 yaşı var, uşaqdır. Onun bu addımını alqışlamaq lazımdır”.
R.İsmayılova 1 saylı körpələr evinin direktoru N.Əliyevanın Aysun haqqında dediyi sözlərə də münasibət bildirib və onu Allaha həvalə etdiyini söyləyib:
“N.Əliyeva kimsəsiz uşaqların saxlanıldığı bir müəssisəyə rəhbərlik edir. Məsləhət görərdim ki, bir məsul şəxs, direktor kimi danışığının fərqinə varsın. Çünki həmin sığınacaqda minlərlə uşaq saxlanılır, onlar sənin kimi direktordan nə tərbiyə götürücək axı? Aysunu heç kim təkləyə bilməz. Qızımın mənim kimi anası var arxasında. Nə tədbir lazımdırsa, görəcəyik”.
R.İsmayılova sonda Azərbaycan xalqına, məsələni işıqlandırdığına görə mətbuat orqanlarına minnətdarlığını bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.