Qurban Qurbanov: "Adətən qollar səhvlərdən sonra vurulur"

15-08-2018, 00:20           
Qurban Qurbanov: "Adətən qollar səhvlərdən sonra vurulur"
"BATE klubunu növbəti mərhələyə vəsiqə qazanması münasibətiylə təbrik edirəm. Hər iki oyunda çox intizamlı komanda olduğunu göstərdilər. Futbolçularımdan razı qaldım, son ana qədər mübarizə apardılar".

Qaynarinfo xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının III təsnifat mərhələsində Belarusun BATE klubu ilə keçirilən cavab oyunundan (1:1) sonra təşkil edilən mətbuat konfransında deyib.

"Qarabağ"ın hər iki görüşdə buraxdığı qolun müdafiə xəttinin səhvi olduğuna dair sualı da cavablandıran Qurbanov bunun futbolun bir hissəi olduğunu bildirib: "Adətən qollar səhvlərdən sonra vurulur. Heyətimizin yeniləndiyini və futbolçular arasında anlaşmanın lazımi səviyyədə olmadığını nəzərə almalıyıq".

Q.Qurbanov hakimliklə bağlı danışmaq istəməyib: "Hakimlik haqda heç vaxt danışmıram. Artıq bu oyunu unudub, Avroliqanın pley-off-u haqda fikirləşməliyik".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru