Rusiyadan maraqlı açıqlama – Ərdoğanla Putin eyni yoldadırlar, ABŞ isə Türkiyə ilə daima əlaqədə olmağa çalışır
19-10-2018, 18:26
“Türkiyə müstəqilliyini qoruyan dövlətlər arasındadır”
Hurriyyet.org xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov Türkiyənin müstəqilliyini qoruduğunu bildirərək deyib: “Bu səbəbdən də ABŞ Türkiyə ilə daima əlaqə saxlamağa çalışır”. Peskov Rusiyanın Birinci Kanalına müsahibəsində Rusiya ilə Türkiyə əlaqələrindən danışarkən Türkiyənin regional qüvvə olduğunu vurğulayıb: “Xüsusilə də Suriya böhranının həllinə gedən yolda Türkiyə bizim üçün mühüm bir ortaqdır. Rusiya, Türkiyə və İran arasında hazırlanan formatda da öz nüfuzunu isbat elədi və bu formatda çalışmağa davam edəcəyik”.
Peskov Türkiyənin yalnız Rusiya üçün deyil, ABŞ üçün də çox mühüm bir ölkə olduğunu söyləyib: “Prezident Rəcəb Tayyib Ərdoğanın idarəsi altında Türkiyə müstəqilliyini qoruyan dövlətlər arasında daxil oldu. Bu səbəbdən ABŞ Türkiyə ilə daima təmasda olmağa çalışır”
Peskov Türkiyənin ticarət və iqtisadiyyat kimi beynəlxalq məsələlərdə müstəqilliyini qoruduğunu göstərən çox sayda addım atdığını qeyd edərək deyib: “Bu cəhətdən prezident Ərdoğan ilə Rusiya prezidenti Vladimir Putin eyni siyasi xəttdədirlər”.