Üç ölkədən Səudiyyəyə dəstək gəldi

20-10-2018, 18:42           
Üç ölkədən Səudiyyəyə dəstək gəldi
Misir, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn krala dəstək verib.
Ərəb jurnalist Camal Qaşıqçının qətlə yetirilməsinə görə dünya ictimaiyyətinin sərt tənqidlərinə məruz qalan Səudiyyə Ərəbistanına 3 ölkədən dəstək gəlib.

Səud hökumətinin müttəfiqləri Misir, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn Kral Salmanın qərarlarına hörmət etdiklərini açıqlayıblar.

Müttəfiqlər bu məsələdə S.Ərəbistanının yanında olduğunu açıqlayıb:

Qeyd edək ki, S.Ərəbistanı C.Qaşıqçının 2 oktyabrda İstanbuldakə konsulluğunda münaqişə zamanı öldüyünü, hadisə ilə əlaqədar 15 nəfərin həbs edildiyini açıqlayıb.

Xatılrladaq ki, “Vaşinqton Post” qəzeti Qaşıqçının konsulluqda öldürülməsindən sonra cəsədinin 15 dəqiqə ərzində hissələrə ayrıldığını və binadan çemodanlarda çıxarıldığını yazmışdı.(qafqazinfo.az)

AzNews.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru