Kadırov davaya getdi, amma üzr istəməli oldu

21-10-2018, 09:26           
Kadırov davaya getdi, amma üzr istəməli oldu
Çeçenistan rəhbəri Ramzan Kadırov İnquşetiyada keçirilən etiraz aksiyalarının təşkilatçıları ilə münasibətlərə aydınlıq gətirmək üçün qonşu respublikaya gedib.

Publika.az xəbər verir ki, Kadırov onu çoban adlandıran ağsaqqal Muxajir Nalgiyevdən üzrhaqlıq eşitmək üçün Surxaxi kəndinə yollansa da, nəticədə özü üzr istəməli olub.

Ağsaqqal Nalgiyev üzrhaqlıq etdiyi üçün Kadırov da ondan üzr istəyib.

Görüş zamanı Kadırov bildirib ki, İnquşetiyanın bir hissəsinin Çeçenistana verilməsi ideyası ona yox, İnquş Respublikasının rəhbəri Yunusbəy Yevkurova məxsus olub. Buna cavab olaraq kəndin ağsaqqalı Kadırova torpaq məsələsində aktiv mövqedə duran inquşlara hədə-qorxu gəldiyi üçün irad tutub. Çeçenistan lideri isə bildirib ki, sözləri etiraz aksiyalarını təşkil edən 2-3 nəfərə ünvanlanıb. Söhbətin sonunda tərəflər bir-birindən üzr istəyiblər.

Qeyd edək ki, Kadırov Surxaxi kəndinə 60-70 avtomobildən ibarət kortejlə gedib. Onun qarşısına minədək silahlı inquş çıxıb. (oxu.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru