ABŞ rusiyalı agentlərə qarşı əməliyyatlara başladı - Kiber skandal

23-10-2018, 20:07           
ABŞ rusiyalı agentlərə qarşı əməliyyatlara başladı - Kiber skandal
Onlar ABŞ-da keçirilən seçkilərə müdaxilə edirmiş
ABŞ-ın kiber təhlükəsizlik orqanları bu ölkədə keçirilən seçkilərə müdaxilə etmək məqsədilə müxtəlif saxta informasiyalar yayan rusiyalı agentlərə qarşı əməliyyata başlayıb.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda informasiyanı "New York Times" qəzeti yayıb.

Nəşr bildirir ki, bu, ABŞ-dakı seçki ilə bağlı rəhbərliyin xarici ölkəyə qarşı edəcəyi ilk əməliyyat sayılır.

Pentaqon vurğulayıb ki, seçkilərə müdaxilə edənlərin adları onlara məlumdur və hazırda fəaliyyətləri izlənilir.

ABŞ-ın müdafiə nazirliyi bu əməliyyatın neçə nəfər rusiyalıya qarşı keçiriləcəyi haqda informasiya verməyib. İnformasiyaların Rusiya agentlərinə sızmasının üsullarından bir neçəsinin adları mediaya açıqlanıb. Bu, ya email vasitəsilə, ya da hansısa kompüteri ələ keçirməklə baş tutub.

Qeyd edək ki, noyabrın 6-da ABŞ Konqresinə seçkilər keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru