Bolton: ABŞ "Skripal işi" ilə bağlı Rusiyaya qarşı yeni sanksiyalar barədə hələ qərar qəbul etməyib

24-10-2018, 07:25           
Bolton: ABŞ "Skripal işi" ilə bağlı Rusiyaya qarşı yeni sanksiyalar barədə hələ qərar qəbul etməyib
Birləşmiş Ştatlar noyabrda "Skripal işi" ilə bağlı Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsinə dair hələ qərar qəbul etməyib.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu çərşənbə axşamı Moskvada keçirilən mətbuat konfransında ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton deyib.

"Hələ ki, onu deyə bilərəm ki, bu məsələ ilə bağlı yekun qərar qəbul edilməyib", - deyə o bildirib.

Bundan əvvəl Avropa İttifaqına üzv olan 28 ölkənin xarici işlər nazirləri kimyəvi silahların yaradılması və tətbiqinə görə məsuliyyət daşıdığı ortaya çıxan hüquqi və fiziki şəxslərə qarşı sanksiya tətbiqinin yeni prosedurunu təsdiq edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru