AST Telmanın Putinə 12 səhifəlik məktubu təkzib edildi
24-10-2018, 10:00
Telman İsmayılov Rusiya Prezidenti Vladimir Putinə heç bir məktub yazmayıb.
Axar.az xəbər verir ki, bunu RBK agentliyinə açıqlamasında İsmayılovun vəkili Marina Rusakova deyib.
“İsmayılov Putinə məktubla müraciət etməyib. Bu onun siyasi sığınacaq istəməsi xəbəri kimi şayiədir”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə “Rosbalt” agentliyi İsmayılovun Putinə məktubla müraciət etdiyini açıqlamışdı. İddiaya görə, 12 səhifəlik məktubda İsmayılov Çerkizov bazarına qaçaqmal gətirən şəxslərin arxasındakı qüvvələri açıqlayıb. İş adamı bildirib ki, bazar bağlandıqdan sonra onun “kiçik” ortaqlarına bizneslərini davam etdirmək üçün başqa meydanlar təqdim edilib, özü isə heç nə əldə etməyib.
Məktubda ona qarşı ittihamlara da toxunan biznesmen hər hansı cinayət hadisələri ilə heç bir əlaqəsinin olmadığını bildirib.