Tramp ABŞ siyasətçilərinə partlayıcı maddə göndərilməsinə münasibət bildirib

25-10-2018, 07:55           
Tramp ABŞ siyasətçilərinə partlayıcı maddə göndərilməsinə münasibət bildirib
ABŞ prezidenti Donald Tramp ABŞ siyasətçilərinə göndərilən partlayıcı maddələrlə bağlı bildirib ki, amerikalıların təhlükəsizliyi onun əsas prioritetidir.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, prezident hüquq-mühafizə orqanları və administrasiya üzvlərinin baş verənlər barədə onu məlumatlandırdıqlarını və faktlarla bağlı araşdırmaların aparıldığını deyib.

"Amerikalıların təhlükəsizliyi mənim üçün əsas və mütləq prioritetdir", - deyə ABŞ prezidenti bildirib.

Bir neçə gün ərzində CNN teleşirkətinin yerləşdiyi binaya, sabiq prezident Bill Klintonun evinə və məşhur milyarder Corc Sorosa içində partlayıcı olan bağlama göndərilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru