Rayon icra hakimiyyəti başçıları ilə bağlı dünəndən canlanan dəyişiklik prosesinin davamlı olacağını vurğulayan Nazirlər Kabinetindəki mötəbər mənbə hazırda daha bir neçə RİH rəhbəri ilə bağlı müzakirələrin aparıldığını söyləyib. Qaynaq DİA.AZ-a açıqlamasında bildirib ki, ilk başdan aşağıdakı rayonların başçıları dəyişdirilə bilər.
Dia.az olaraq mənbənin açıqladığı siyahını təqdim edirik:
1. Biləsuvar RİH başçısı Mahir Quliyev; 2. Astara RİH başçısı Qəzənfər Ağayev; 3. Masallı RİH başçısı Rafil Hüseynov; 4. Lənkəran RİH başçısı Taleh Qaraşov; 5. Lerik RİH başçısı Rövşən Bağırov 6. Ağsu RİH başçısı Ənvər Seyidəliyev; 7. Qazax RİH başçısı Rəcəb Babaşov; 8. Kürdəmir RİH başçısı Ceyhun Cəfərov; 9. Şəmkir RİH başçısı Alimpaşa Məmmədov; 10. Ağcabədi RİH başçısı Şahin Məmmədov.
Mənbə bildirir ki, bu siyahıda adları olmayanlar da erkən yola salına bilərlər, amma hazırda yuxarıdakı 10 icra başçısının müzakirələri aparılır...