“Mənə elə gəlir ki, bu bir kişiyə səni sevib-sevmədiyini soruşmağa bənzəyir."- Zaxarovadan qəribə cavab

14-12-2018, 08:43           
“Mənə elə gəlir ki, bu bir kişiyə səni sevib-sevmədiyini soruşmağa bənzəyir."- Zaxarovadan qəribə cavab
Rusiya Xarici İşlər Nazirliyiinin rəsmi nümayəndəsi Mariya Zaxarova prezident Vladimir Putinin növbədənkənar parlament seçkilərində qələbə qazanmış Nikol Paşinyanı təbrik etməməsinə münasibət bildirib.

"Qafqazinfo" xəbər verir ki, M.Zaxarova erməni jurnalistin “Putin Paşinyanı niyə təbrik etmədi” sualını belə cavablandırıb: “Mənə elə gəlir ki, bu bir kişiyə səni sevib-sevmədiyini soruşmağa bənzəyir. Halbuki o, bunu dəfələrlə söyləyib”.

Jurnalistin yenidən ünvanladığı “təbrik olacaqmı” sualına isə cavabında Zaxarova “ Mən artıq cavabı verdim” deyib.

Virtualaz.org xatırladır ki, Mariya Zaxarova bundan əvvəl Moskvanın Ermənistanın yeni parlamenti və yeni hökuməti ilə konstruktiv dialoq aparmağa hazır olduğunu bildirmişdi: "Məqsədimiz iki ölkə arasında, Avrasiya İqtisadi İttifaqı, KTMT və MDB çərçivəsində qarşılıqlı əlaqələri daha da möhkəmləndirməkdir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru