İsrail Fələstinin paytaxtını mühasirəyə aldı

14-12-2018, 08:47           
İsrail Fələstinin paytaxtını mühasirəyə aldı
Biz orada axtarışlar aparırıq və bu əməliyyatlar davam etdiriləcək
İsrail ordusu Fələstinin faktiki paytaxtı Ramallahı blokadaya alıb. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu İsrail ordusunun rəsmi nümayəndəsi Yonatan Konrikus bildirib.

Onun sözlərinə görə, buna səbəb şəhərin ətrafında naməlum şəxslərin avtobus dayanacağını atəşə tutmasıdır. İnsident nəticəsində iki israilli ölüb.

"Avtomobilin Ramallah istiqamətində getdiyi nəzərə alınaraq biz Ramallaha gedən və gələn yolları bağladıq. Biz orada axtarışlar aparırıq və bu əməliyyatlar davam etdiriləcək", - deyə Konrikus bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru