Yunanıstan da Rusiyadan üz döndərir? - ABŞ-la ilk dialoq…

15-12-2018, 08:05           
Yunanıstan da Rusiyadan üz döndərir? - ABŞ-la ilk dialoq…
Ötən cümə axşamı Amerika Birləşmiş Ştatları (ABŞ) və Yunanıstan strateji həmkarlıq istiqamətində ilk dialoq keçiriblər. Bu barədə jurnalistlərə ABŞ-n dövlət katibi Mayk Pompeo xəbər verib.

«Bu gün bizim komandalar geniş və müxtəlif yönlü məsələləri – müdafiə və təhlükəsizlik, terrorçuluqla mübarizədə əməkdaşlıq, hüquq-mühafiə orqanları xəttilə əməkdaşlıq, ticarət, investisiya və energetika məsələlərini müzakirə ediblər» – deyə, Pompeo Yunanıstan xarici işlər nazirinin birinci müavini Yorqos Katruqalosla görüşdən sonra bildirib.

O, Yunanıstanın «enerji axınlarının diversifskasiyası», xüsusilə də Transadriatik qaz kəmərinin tikintisi (TAP) üzrə Yunanıstanın səylərini alqışlayıb.

«O, Bolqarıstan kimi ölkələr üçün Rusiyadan eneretik asılılığı azaltmağa imkan verir» – deyə, Popmeo qeyd edib.

Danışıqların yekunlarına həsr olunmuş birgə bəyanatda o da elan olunub ki, tərəflər müdafiə sahəsi üzrə əməkdaşlığı «genişləndirmək və modernləşdirmək» niyyətindədirlər.

Bundan əvvəl Yunanıstanın Baş naziri Tsipras Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşünün yekunlarına əsasən bəyan etişdi ki, TAP qaz kəməri Rusiya qazı ilə də doldurula bilər, çünki bunun üçün bütün texniki imkanlar var.
azpolitika.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.