"Deistlər kafirdir, namaz qılmamaq adam öldürməkdən, zinadan pisdir." Qamət Süleymanovdan kəskin sözlər VİDEO

17-12-2018, 21:56           
"Deistlər kafirdir, namaz qılmamaq adam öldürməkdən, zinadan pisdir."  Qamət Süleymanovdan kəskin sözlər VİDEO
İlahiyyatçı Qamət Süleymanov ictimaiyyət tərəfindən birmənalı qəbul edilməyən kəskin açıqlamalar verib.
A24.Az xəbər verir ki, o, deist və ateistləri birmənalı olaraq kafir adlandırıb. Qamət Süleymanov deizmi kafirlərin “ateizm” ideyasının köhnəldiyindən yaratdığı yeni “dəb” olduğunu bildirib. Qeyd edək ki, “deizm” 16-cı əsrdə yaranan bir təlimdir və deistlər yaradanın mövcudluğunu və kainatın onun tərəfindən yaradıldığını bəyan edir, lakin yaradanın insanlara və təbiətə müdaxiləsini, dinlərin onun tərəfindən yaradılmasını inkar edir.

Qamet Süleymanov eyni zamanda namaz qılmamağı ən böyük günah adlandırıb və onun adam öldürmək və zinadan da betər olduğunu deyib.

Sözügedən açıqlamanı təqdim edirik:












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.