XİN-də ilginc və gizlədilən yeniliklər seriyası... - İDDİA

27-02-2019, 09:42           
XİN-də ilginc və gizlədilən yeniliklər seriyası... - İDDİA
Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Nazirlər Kabinetinə Aparat rəhbəri təyin olunduqdan sonra, digər nazir müavini Nadir Hüseynovun səlahiyyətləri azaldılıb.

Teref.az-ın xəbərınə xəbərinə görə, bu barədə mia.az-a diplomatik mənbələrdən məlumat verilib.

Xarici İşlər Nazirliyi daxilində gedən son proseslərlə bağlı bildirilib ki, nazirliyin Kadrlar idarəsi ilə Konsulluq idarəsi N. Hüseynovun kurasiyasından alınıb.

Məlumata görə, N. Huseynovun rəhbərliyi altında olan İnformasiya idarəsi də ləğv edilərək, mətbuat xidmətinə birləşdiriləcək.

Konsulluq idarəsinin rəhbəri postuna isə Azərbaycanın Misir və Türkiyədəki səfiri olmuş Faiq Bağırov gətirilib.

Bundan başqa, nazirliyin Kadrlar idarəsinin rəisi, 79 yaşlı Elmira Sarıcalinskya yaşı ilə əlaqədar təqaüdə göndərilib.

Kadrlar idarəsinin rəisi vəzifəsinə isə Azərbyacanın Yaponiyadakı keçmiş səfiri, əvvəllər Elmar Məmmədyarovun köməkçisi olmuş Gürsel İsmayılzadə təyin olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.