Ulduzlar Xocalı üçün paylaşdılar - Mübariz Mənsimovdan örnək addım - FOTOLAR

27-02-2019, 17:41           
Ulduzlar Xocalı üçün paylaşdılar - Mübariz Mənsimovdan örnək addım - FOTOLAR
İllərdir yarası qaysaqlanan Xocalı qətliamını dünyaya çatdırmaq istəyirik. Bunun üçün yüzlərlə tədbirlər düzənlənib. Bu yolda neçə-neçə aydınımız mübarizə aparır. Biz Xocalıdakı o dəhşətli anları dünyaya çatdırmaq istəyirik. Bu faciəni dünyaya çatdırırıq da...

Ancaq bir çox ölkələr bu faciəni anlasalar belə, erməniləri terroçu kimi qəbul etmirlər. Səbəblər bəllidir. İkili standartlar, xristinan-müsəlman yanaşması və yaxud erməni sevgisi...

Ancaq bu faciəni dünyaya çatdırmaq üçün neçə illərdir yola çıxan bir həmkarımız da var. Bütün çətinliklərə rəğmən, geri çəkilməyən, öz yolu ilə addımlayan bu faciəni dünyaya tanıtmaq, çatdırmaq istəyən həmkarımız...

İki gündür bütün Türkiyədə trendə çevrilən #Hocalıiçin və #Hocalıyaadalet həştəqləri ilə saatlarca Twitterdə birinci, #Hocalıiçinpaylaş ilə ikinci , #ShareforKhojaly və #ForKhojaly həştəqləri ilə bu faciəni dünyaya tanıdan kampaniyanın baş koordinatoru həmkarımız Aqil Ələsgərdir. İki gündür bütün Türk dünyası Xocalı faciəsindən danışır. Bu Aqil Ələsgərin, Nihad Allahyarlı, Rəşid Mustafazadə başda olmaqla komandasının uğurudur. Təbii ki, belə bir proyektin uğur qazanmasında mühüm rol Palmali Şirkətlər Qrupunundur. Türkiyədə yaşayan iş adamı vətənsevər bir insan Mübariz Mənsimovun da bu yolda gördüyü işlər alqışlanmnalıdır. Bütün İstanbulun dörd bir tərəfi "Xocalı üçün Paylaş” Beynəlxalq Sosial Media Kampaniyasının bilboardları ilə bəzənibsə, əlavə şərhə ehtiyac yoxdur. Dünyada tanınan ulduzlar da məhz Mübariz Mənsimovun çağırışı ilə bu aksiyaya dəstək oldular.

Bizdə bu çətin yolda haqq səsimizi dünyaya çatdıran insanlara dəstək olmalıyıq. Yolunuz açıq, uğurunuz bol olsun.















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.