“Naxçıvan “möcüzəsi”nə sadə cavab: “Bəs, onda Siyavuş Novruzov niyə...”

2-03-2019, 12:49           
“Naxçıvan “möcüzəsi”nə sadə cavab: “Bəs, onda Siyavuş Novruzov niyə...”
BAXCP sədrinin təşkilat məsələləri üzrə müavini Niyaməddin Orduxanlının meydana çıxması ilə yenidən vüsət alan Naxçıvan mübahisələrə bu gün "Səs” qəzetinin redaktoru İlham Əliyev də qoşulub. "Niyaməddin Orduxanlı nə istəyir” sərlövhəli yazısında İ.Əliyev BAXCP yetkilisini son günlərdə Muxtar Respublika ilə bağlı cəfəng fikirlər, boş və mənasız mövqe sərgiləməkdə günahlandıraraq bildirib ki, Naxçıvana qarşı bilərəkdən kampaniya aparılır, özü də kimlərinsə təqdim etdikləri tezislər əsasında: "Niyaməddin ... (sözlərin etik normaları aşdığını düşündüyümüzdən "...” ilə əvəz etdik) sosial şəbəkədə lideri Qüdrət Həsənquliyevin ağzından qaçırdığı ifadələrini ört-basdır etməyə çalışarkən, nümayiş etdirməyə çalışır ki, Naxçıvan Muxtar Respublikasının rəhbərliyi niyə xaricdə oturub, Azərbaycanın milli maraqlarına xor baxan "söyüş qrupu"na cavab vermir. Bu ... düşüncəsinə görə, Naxçıvan rəhbərliyi işini-gücünü atıb, açıq-aşkar gədəlik edən mənəviyyatsız bir ovuc ünsürə cavab verməlidir”.

Müəllif, yazısında həmçinin Naxçıvanı öz inkişafına görə ən öndə olan bölgələrimizdən adlandıraraq, bu inkişafın ictimai rəydə "Naxçıvanın möcüzəsi" kimi qiymətləndirildiyini qeyd edib: "Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov "Naxçıvan möcüzəsi"ni belə xarakterizə edir: "Yol düzgün seçiləndə, milli maraqlara və dövlətçiliyə sədaqət olanda, adamların qayğısı və ehtiyacları hədəfə alınanda, istənilən möcüzəni yaratmaq olar".

BAXCP sədrinin müavini Niyaməddin Orduxanlının "Naxçıvan möcüzəsi”nə cavabı isə özünü çox gözlətməyib. O, özünün facebook statusunda yazıb:

"Dostlar iki gün öncə yazmışdım ki, BAXCP sədri Qüdrət Həsənquliyevə total hücum təşkil edənlər görəsən Prezidenti və onun ailəsini təhqir edənlərə qarşı niyə belə kompaniya təşkil etmir. Bu gün İlham adlı bir jurnalist mənə böhtan atmaqla yanaşı, həm də mənə cavab verib ki, xaricdən söyüş söyənlər kimdir ki, Naxçıvan rəhbərliyi onlara cavab versin. Soruşuram, bəs onda YAP rəhbərliyində təmsil olunan Siyavuş Novruzov parlament tribunasından niyə yapçılara müraciət edib deyirdi ki, mövqeyinizi bildirin? Prezidentin siyasi məsələr üzrə köməkçisi söyüş söyən ünsürlərə qarşı dirəniş göstərdiyi üçün hansı təhqirlərə məruz qalmayıb...”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.