Qarabağ Ermənistanın inkişafına imkan vermir - Asatryan

7-03-2019, 14:37           
Qarabağ Ermənistanın inkişafına imkan vermir - Asatryan
Dağlıq Qarabağ konflikti Ermənistanın inkişafı üçün maneədir.

Axar.az xəbər verir ki, bunu “Vestnik Kavkaz”a açıqlamasında Ermənistan Mərkəzi Bankının keçmiş rəhbəri Baqrat Asatryan deyib.

“Qarabağ konflikti faktorundan keçmiş hökumətlərin istifadəsinə görə Ermənistan iqtisadi baxımdan böyüyə bilməyib. Bunun yerinə Köçəryan və Sərksiyanın cibləri böyük templərlə artıb. 2018-ci ilin əvvəlində ölkənin zənginliyinin böyük hissəsi deputatların və hökumət üzvlərinin əlində cəmlənmişdi. Eyni zamanda cəmiyyətin yoxsullaşması prosesi heç vaxt olmadığı qədər sərt idi. Əgər İrəvandan keçsək, bunu çox gözəl şəkildə görərik.

Biz anlayırıq ki, qlobal planda daimi hərbi konfliktdə iştirak edən heç bir ölkə sürətli və dinamik inkişaf edə bilməz. İstəsək də, istəməsək də, biz böyük hərbi xərclər çəkməyə məcburuq. Sülhün əldə olunması zamanı bu resurslardan azad olacağıq və onu mədəniyyətə, təhsilə, sosial sferaya yönəldəcəyik. Əlbəttə ki, Dağlıq Qarabağ konflikti Ermənistanın inkişafı üçün maneədir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.