Maduro: "ABŞ Venesuelaya "enerji müharibəsi" elan edib"

8-03-2019, 09:07           
Maduro: "ABŞ Venesuelaya "enerji müharibəsi" elan edib"
Venesuela Prezidenti Nikolas Maduro ABŞ-ın onun ölkəsinə "enerji müharibəsi" elan etdiyini bildirib.

“Report” xəbər verir ki, o, bu barədə özünün "Twitter" səhifəsində yazıb.

Bununla yanaşı, Maduro qeyd edib ki, "Amerika imperializmi"nə Venesuelanın sabiq Prezidenti Uqo Çaves "xalqı"nın öhdəsindən gəlmək nəsib olmayacaq.

Prezident ölkədə elektrik enerjisi ilə bağlı yaranmış problemlərdə ABŞ-ın əlinin olması ilə bağlı dəlil gətirməyib.

Daha əvvəl yerli mətbuat Venesuelanın 23 ştatından 21-də elektrik enerjisində kəsilmələrin olduğunu, həmçinin bunun paytaxt Karakasa da toxunduğunu yazıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru