ABŞ-ın xüsusi səfiri Rusiya və Venesuela rəsmiləri ilə - Məxfi görüşdə

8-03-2019, 16:16           
ABŞ-ın xüsusi səfiri Rusiya və Venesuela rəsmiləri ilə - Məxfi görüşdə
ABŞ-ın xüsusi təmsilçisi Elliot Abrams Venesuela və Rusiya rəsmiləri ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə xüsusi təmsilçinin özü açıqlama yayıb.

Abrams qeyd edib ki, Venesueladakı vəziyyəti müzakirə etmək məqsədilə Vaşinqtondakı Rusiya səfiri Anatoli Antanovla bir araya gəlib. Daha sonra Venesuela lideri Maduronun nümayəndələri ilə görüşüb.

74 min venesuelalının ABŞ-a sığınmaq üçün müraciət etdiyini xatırladan xüsusi nümayəndə əlavə edib ki, Maduro rejiminin əmrlərinə itaət edən maliyyə qurumlarına qarşı daha ciddi sanksiyalar tətbiq ediləcək.

Bu ara bəlli olub ki, Maduro hökuməti tərəfindən Venesueladan deportasiya olunan amerikalı jurnalist Kodi Veddle ölkəsinə qayıdıb.

Jurnalist martın 5-də Venesuela xüsusi xidmət orqanları tərəfindən saxlanılmışdı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.