Almaniya ordusunda radikal sağçıların sayı təhlükəli səviyyəyə gəlib çatıb

10-03-2019, 20:56           
Almaniya ordusunda radikal sağçıların sayı təhlükəli səviyyəyə gəlib çatıb
Almaniyada sağ radikalların ordu içində təxmin ediləndən daha təhlükəli şəkildə nüfuz etdiyi ortaya çxıb.

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, hazırda 450 hərbçi ultramillətçilik şübhəsi ilə təhqiqat altındadır.

Bununla bağlı “Der Spiegel” jurnalında Matias Gebauer imzalı yazı xüsusilə diqqət cəlb edib.

Onun xəbərinə görə, Almaniyanın Hərbi Kəşfiyyat Xidmətində (MAD) qulluq edən bir rəsmi ordudakı sağ radikalçıların sayı ilə bağlı verdiyi açıqlamayla məsələnin daha ciddi səviyyələrdə olduğunu aşkara çıxarıb.

Belə ki, təkcə 2018-ci ildə təkcə 4 əsgər bu cür ideologiyanı ordu içində yaymasına görə vəzifəsindən uzaqlaşdırılırb.

2013-cü ildə isə 10 hərbçi sağ radikalçı olmaq şübhəsi ilə təqib altına alınıbmış.

Bu ilinn fevral ayında MAD Alman ordusu içində 450 hərbçi ilə bağlı xüsusi araşdırma həyata keçirir. Onlardan 65-nin olduqca təhlükəl sayılan “Reichsbürger” (İmperiya vətəndaşları) və “Identitären” təşkilatları ilə rəsmi bağlantıları üzə çıxıb.

“Reichsbürger” Almaniya Federativ Respublikası və hökumətini tanımayan təşkilatdır. Almaniya imperiyasının hələ də davam etdiyinə inanan təşkilat üzvləri yalnız 1937-ci ildəki imperiya sərhədlərini legitim olaraq qəbul edir. Hərəkatın üzvləri rəsmi dairələr və məhkəmələri rədd etməklə bərabər, vergi verməkdən də boyun qaçırırılar.

Almaniya mətbuatı 2018-ci ildə “İmperiya vətəndaşı”na üzv olduğu şübhə olunan ordu mənsublarının 20 ,xarici və sol radikalçıların isə 37 şəxs olduğunu açıqlayıb.

Almaniya Yaşıllar Parityasından olan millət vəkili Aqneska Brugger hökuməti bununla balı dolğun məlumatlar verməməkdə təqsirləndirib. Sol partiyadan olan deputat Andre Han isə vəziyyətin təhlükəli olması baxımından daha yüksək risk daşıdığını bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.