İsrail Azərbaycana "Barak-8" sistemlərini nə zaman tədarük edib? - SIPRI

11-03-2019, 14:15           
İsrail Azərbaycana "Barak-8" sistemlərini nə zaman tədarük edib? - SIPRI
2009–2013-cü illə müqayisədə 2014–2018-ci illərdə Azərbaycanda silah idxalı 15 faiz artıb.

Ordu.az xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun (SIPRI) silahların ən böyük idxalçısı və ixracatçısına dair illik hesabatında qeyd olunub.

Hesabata görə, Azərbaycan ən çox silah idxal edən ölkələr sırasında 23-cü yerdə qərarlaşıb.

Qeyd olunub ki, Azərbaycan silahların 51 faizini Rusiya, 43 faizini İsrail və 2,8 faizini Türkiyədən alır. Bununla yanaşı, Azərbaycan İsrailin ən çox silah satdığı (17%) 2-ci ölkədir. Məlumata görə, İsrail 2016-cı ildə Azərbaycana "Barak-8" sistemlərini tədarük edib.

Ermənistan isə silah ixrac edən 25 ölkə və silah idxal edən 40 ölkəyə dair hesabatda yer almayıb.

Ağalar Ağalarlı












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.