"Azərbaycanla sərhədin demarkasiya prosesi sürətləndirilməlidir" - Gürcü vitse-spiker 3-05-2019, 13:24 "Qonşu və tərəfdaş Azərbaycanla birgə sərhədin demarkasiya prosesinin sürətləndirilməsi çox vacibdir" ."Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin vitse-spikeri Tamar Çuqoşvili jurnalistlərə bildirib.Onun sözlərinə görə, sərhəd məsələsinin birdəfəlik həlli və ildən-ilə qalmaması üçün demarkasiya prosesi sürətləndirilməlidir. Facebook-da paylaş