ABŞ mənasız müharibəyə doğru gedir - Zərif

5-05-2019, 18:37           
ABŞ mənasız müharibəyə doğru gedir - Zərif
Bəzi dövlətlər ABŞ-ı və Prezident Donald Trampı faciə ilə nəticələnəcək müharibəyə sürükləyir.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif “Əl-Cəzirə” televiziyasına müsahibəsində deyib.

Nazir bildirib ki, istər Konqresdə, istərsə də ictimaiyyətdə ABŞ prezident Trampın siyasətinin əleyhinə çıxanların çoxalması təsadüfi xarakter daşımır. Onlar başa düşürlər ki, ABŞ mənasız silahlı münaqişəyə doğru gedir.

İrana qarşı sanksiyaları iqtisadi terrorçuluq adlandıran M.C.Zərif qeyd edib ki, sanksiyalardan İran ilə yanaşı, bir çox digər dövlətlər də əziyyət çəkir. Bu fakt dünyada ABŞ-ın nüfuzuna çox ciddi zərbə vurur.

Nazir nəzərə çatdırıb ki, Vaşinqton administrasiyası özünün milli maraqlarına deyil, başqa qüvvələrin maraqlarına xidmət edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru