Çin ABŞ-la ticarət danışıqlarından imtina edə bilər

6-05-2019, 07:10           
Çin ABŞ-la ticarət danışıqlarından imtina edə bilər
Çin Amerika lideri Donald Trampın təhdidləri səbəbindən ABŞ-la ticarət danışıqlarının növbəti mərhələsini ləğv edə bilər.

"Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "The Wall Street Journal" nəşri yazıb.

Bildirilir ki, söhbət Trampın bir neçə Çin məhsuluna gömrük rüsumunun qoyulması ilə bağlı bəyanatından gedir.

Qəzet yazır ki, Çin Trampın hədələrindən son dərəcə narahatdır və "təzyiq altında" danışıqlar aparmaqdan imtina edə bilər.

Eyni zamanda belə bir qərar Pekinin Vaşinqtonla danışıqlarda strategiyasına uyğundur.

Daha əvvəl Donald Tramp mayın 10-dan Çin mallarına tətbiq edilən gömrük rüsumunu 10 faizdən 20-dək artıracağını vəd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru