“Əgər dedikləri düz olsa, istefa ərizəmi yazıb gedərəm” - Elçin Şıxlı

6-05-2019, 12:48           
“Əgər dedikləri düz olsa, istefa ərizəmi yazıb gedərəm” - Elçin Şıxlı
Azərbaycan Jurnalistlər Birliyi (AJB) qeyri-ciddi təşkilat deyil. Bu quruma qarşı həmin ittihamları səsləndirən şəxs özü qeyri-ciddidir”.

Bu sözləri Modern.az-a açıqlamasında rəhbərlik etdiyi qurumun ünvanına səsləndirilən ittihamlarla bağlı danışan “Ayna - Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı deyib. Amma o, etiraf edib ki, AJB-nin fəaliyyəti olduqca zəifdir:

“Təşkilat 1990-cı ilin 20 yanvar hadisələrindən sonra heç kimdən maddi dəstək almayıb. O zaman heç mən sədr deyildim. AJB-yə qarşı ittiham səsləndirənlər hamilərindən pul alır, digərləri isə KİV-ə Dəstək Fondundan maliyyələşirlər. Amma Jurnalistlər Birliyi heç yerdən pul ala bilmir. AJB vaxtilə QHT-lərə Dövlət Dəstəyi Şurasından bir neçə layihə qazana bilmişdi. Sonradan KİV-ə Dövlət Dəstəyi Fondu yarandı və bizə dedilər, həmin fonda müraciət edək. Amma KİV-ə Dəstək Fondunun nizamnaməsində jurnalist təşkilatlarına pul ayırmaqla bağlı heç bir müddəa yoxdur. Hazırda xaricdən qrant almaq imkanları da mümkün deyil. Belə şəraitdə AJB-nin fəaliyyətini necə gücləndirmək olar?”.

Elçin Şıxlı iddia edilənin əksinə olaraq, təşkilatın üzvlüyündə qeyri-jurnalistlərin olmadığını qətiyyətlə vurğulayıb:

“Əgər təşkilatın üzvlüyündə qeyri-jurnalistlər varsa, dedikləri düz olsa, istefa ərizəmi yazıb gedərəm”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru