"Əvvəl Xuramanın yaylığı ortaya çıxdı, sonra Əbdürrəhman, indi də Paşinyan yallı getdi"

11-05-2019, 21:45           
"Əvvəl Xuramanın yaylığı ortaya çıxdı, sonra Əbdürrəhman, indi də Paşinyan yallı getdi"
1988-ci ildə Qarabağ münaqişəsi təzə başlayanda erməni yazıçı və şairləri, elm adamları ekstremist ruhda çıxışlar edirdilər. Qanlı hadisələrin törədilməsində onların rolu çox böyükdür. Ermənistandan azərbaycanlılar bir nəfər kimi qovuldular.

Həmin vaxtlar bizdən iki Xalq şairi və bir Xalq yazıçısının televiziya ilə xalqa müraciəti heç yadımdan çıxmır. Xalq şairlərindən biri dedi ki, mən körpə olanda anamın südü qurumuşdu, qonşumuz Haykanuşun keçisinin südü ilə böyümüşəm. O biri Xalq şairi dedi ki, bir erməni qonşum var, ona hər səhər "pareluys" (yəni sabahın xeyir) deməyəndə narahat qalıram. Xalq yazıçısı isə dedi ki, hər gün saat 5-də radioda "Xosume Hayastana" (danışır Ermənistan) qulaq asmamış rahatlanmıram. Bunun davamı olaraq Xuramanın yaylığı çıxdı ortaya. Sonra Əbdürrəhman Vəzirov Qərbi Azərbaycandan didərgin düşənləri Qarabağda yerləşməyə qoymadı.
Sonra da Paşinyan Şuşada yallı getdi.

Etibar Əliyev, təhsil eksperti, fəlsəfə doktoru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru