Bütün dünyanın izlədiyi görüş başa çatdı: İlk nəticələr var

15-05-2019, 07:05           
Bütün dünyanın izlədiyi görüş başa çatdı: İlk nəticələr var
Soçidə saat yarımdan artıq davam edən Putin - Pompeo görüşü başa çatıb
Rusiya prezidenti Vladimir Putin ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşdə Vaşinqtonla tamformatlı münasibətlərin bərpasına ümid etdiyini bəyan edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Rusiya lideri bildirib ki, ABŞ prezidenti Donald Trampla bu yaxınlarda baş tutmuş söhbətdən sonra onda belə bir qənaət hasil olub ki, Ağ Ev rəhbəri iki ölkə arasında münasibətlərin bərpa olunmasında israrlıdır.

Putin ilk növbədə müzakirə olunmalı məsələlər arasında iqtisadi əlaqələri qeyd edib. O bildirib ki, iki ölkə arasındakı ticarət dövriyyəsi çox aşağıdır, son zamanlar isə sıfıra yaxınlaşır.

Öz növbəsində Mayk Pompeo Rusiya və ABŞ-ın üzərində birgə işləyə biləcəyi məsələlərin az olmadığını deyib.

"Bizim ortaq maraqlarımız və əməkdaşlıq edə biləcəyimiz məsələlər var. Biz xalqlarımızın daha yaxşı yaşaması və dünyanın ümumilikdə inkişafı üçün birgə çalışa bilərik. Ona görə də ABŞ prezidenti məndən bu məlumatı çatdırmağı və müəyyən ideyalar və layihələr barədə danışmağı xahiş etdi", - Pompeo bildirib.

Qeyd edək ki, Soçidə saat yarımdan artıq davam edən Putin - Pompeo görüşü başa çatıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.