ABŞ-İran müharibəsi İraqın sonu olacaq - Bağdaddan qorxunc açıqlama

20-05-2019, 08:42           
ABŞ-İran müharibəsi İraqın sonu olacaq - Bağdaddan qorxunc açıqlama
Nə İraq hakimiyyəti, nə də İraq xalqı yeni bir müharibəyə tab gətirə bilməz

İraqdakı Sədr hərəkatının lideri Müqtəda əs-Sədr ABŞ və İran arasında baş tuta biləcək müharibə ilə bağlı xəbərdarlıq edib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Sədr bu barədə sosial media hesabından açıqlama yayıb.

İraqlı lider ABŞ və İranın müharibə etmək istəmədiyini və onların buna sövq edildiyini vurğulayıb:

“Mən İran və ABŞ arasında müharibənin körüklənməsinin tərəfdarı deyiləm. İraqın bu savaşa sürüklənib müharibə meydanına çevrilməsinə də razı deyiləm. Biz İraq olaraq birləşib ciddi mövqe sərgiləməsək, bu müharibə sonumuz ola bilər.

Nə İraq hakimiyyəti, nə də İraq xalqı yeni bir müharibəyə tab gətirə bilməz. Bizim sülh və abadlığa ehtiyacımız var. Hər hansı tərəf İraqı savaşa sürükləsə və onu müharibə meydanının mərkəzinə çevirsə, o, İraq xalqının düşməni olar”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru