Paşinyan aksiyaçılara qoşuldu: Yenidən çağırış etdi - Video

20-05-2019, 11:43           
Paşinyan aksiyaçılara qoşuldu: Yenidən çağırış etdi - Video
Bu gün səhər saatlarından etibarən Ermənistan Baş nazirinin çağırışı əsasında onun tərəfdarları məhkəmə binalarına giriş və çıxışları qapatmağa başlayıblar.

Axar.az xəbər verir ki, artıq Ali Məhkəmə Şurası, Konstitusiya Məhkəməsinin girişləri qapadılıb. Xüsusilə, Robert Köçəryanı azadlığa buraxan məhkəmə qarşısına daha çox insan toplaşıb.

Etirazçılara Ermənistanın Dövlət Nəzarəti Xidmətinin sədri David Sanasaryan da qatılıb.

Qeyd edək ki, Köçəryanın azadlığa buraxılmasından sonra Paşinyan inqilabın “ikinci mərhələsinin” başladığını elan etmiş və 20 mayda tərəfdarlarını məhkəmələri blok etməyə çağırmışdı.

***

Ermənistan Ali Məhkəmə Şurası Ermənistan Baş naziri Nikol Paşinyanla görüş keçirəcək.

Bu məlumatı Şuranın mətbuat xidməti yayıb. Görüşün saat 12:00-da keçiriləcəyi bildirilib. Paşinyanla görüşdə əsas müzakirə mövzusunun məhkəmə sisteminin reformasiyası olacağı vurğulanıb.

***

Ermənistan Baş naziri Nikol Paşinyan İrəvandakı məhkəmələrinin qarşısına toplaşanların yanına yollanıb.

Paşinyan yerli vaxtla saat 12:00-da canlı yayımda xalqa müraciət edəcəyini deyib:

“Mən bütün çağırışlarıma reaksiya verən həmvətənlərimə təşəkkür etmək istəyirəm. Ümid edirəm ki, yağışın altında xəstələnməyəcəksiniz. Sizi sevdiyimi, sizinlə fəxr etdiyimi və qarşınızda baş əydiyimi demək istəyirəm”.

Qeyd edək ki, bu gün səhər saatlarından etibarən İrəvandakı məhkəmələrin girişləri Paşinyanın müraciəti əsasında onun tərəfdarları tərəfindən qapadılıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru