Sabiq nazirlər bir arada – “Range Rover”də 4 nəfər...

22-05-2019, 16:59           
Sabiq nazirlər bir arada – “Range Rover”də 4 nəfər...
Azərbaycanın sabiq nazirləri uzun müddətdən sonra bir arada görünüblər.

Teref.az Lent.az-a istinadən xəbər verir ki, eks-nazirlər - Səlim Müslümov, Ziya Məmmədov, Heydər Əsədov və keçmiş hərbi komissar Əliağa Hüseynov "Range Rover" markalı maşınla “Heydər Məscidi”nə hüzr mərasiminə gələrkən kameraların hədəfinə tuş gəliblər.

Onların ardınca Bakı Dövlət Universitetinin keçmiş rektoru Abel Məhərrəmov da “Mercedes Vito” markalı avtomobillə hüzr mərasiminə gəlib.

Qeyd edək ki, Səlim Müslümov hazırda Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasında müəllim, Heydər Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru, Əliağa Hüseynov Milli Məclisin deputatı, Abel Məhərrəmov isə BDU-nun "Üzvi kimya" kafedrasının rəhbəri kimi fəaliyyət göstərir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru