“Prezidentin yeni vəzifələrə təyin etdiyi generallar...” – Siyasi şərhçi

21-06-2019, 07:40           
“Prezidentin yeni vəzifələrə təyin etdiyi generallar...” – Siyasi şərhçi
“Prezident İlham Əliyevin sosial sahədə atdığı mühüm və müsbət addımlardan sonra daxili işlər və milli təhlükəzlik sahələrində kadr əvəzləmələri həyata keçirməsi kompleks tədbirlərin tərkib hissəsi hesab oluna bilər”.
Bunu “Yeni Sabah”a açıqlamasında siyasi şərhci Əlabbas Məhərrəmov deyib. O, bildirib ki, dövlət başçısının 20 iyun tarixli sərəncamları həqiqətən də yüksək qiymətləndirilməlidir.

“Bütün hallarda aydın görünür ki, Prezidentin bu qərarları ölkədə sabitliyin və təhlükəsizliyin davamlı şəkildə təmn olunmasına hesablanıb. Mütləq nəzərə alınmalıdır ki, Prezidentin yeni vəzifələrə təyin etdiyi generallar özlərini təsdiq etmiş peşakar kadrlardir.

Bu çərçivədə öz sanbalı ilə seçilən nüfuzlu generalı, peşəkar təhlükəsizlik zabiti Əli Nağıyevin DTX-ya rəis gətirilməsi olduqca əhəmiyyətli hadisədir. Şübhə yoxdur ki, Əli Nağıyev keçmiş nazir Eldar Mahmudovun zərərsizləşdirilməsindən sonra xüsusi xidmət orqanlarında müsbət istiqamətdə aparılan işləri uğurla davam etdirəcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru