"PENSİYAÇILARDAN NİYƏ FAİZ, RÜSUM TUTULUR?" - Deputatdan nazir müavininə sual

21-06-2019, 12:30           
"PENSİYAÇILARDAN NİYƏ FAİZ, RÜSUM TUTULUR?" - Deputatdan nazir müavininə sual
"Azərbaycanda pensiyaçılar yalnız iki bankın bankomatlarından – "Kapital Bank” və "Azərbaycan Beynəlxalq Bankı”ndan vəsait çıxara bilirlər. Lakin digər bankların bankomatlarından vəsait çıxardıqda müəyyən faizlər tutulur".

Bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxışı zamanı deputat Vahid Əhmədov maliyyə nazirinin müavini Azər Bayramova müraciəti zamanı bildirib.

"Ola bilər ki, kartdan tutulan vəsait yüksək maaşı olan insanlar üçün kiçik məbləğdir. Lakin 200-300 manat alanlar üçün bu 10-15 manat məbləğdir. Bütün dünyada pensiyaçılar, müharibə veteranları, əlillər istənilən bankomatdan məbləğ çıxarır, lakin heç bir əlavə rüsum tutulmur. Niyə Azərbaycanda belədir, bilmirəm.

Azərbaycan Prezidenti bankların vəziyyətinin yaxşılaşdırılması ilə bağlı da sərəncam imzalayıb. Hesab edirəm ki, bu məsələni həll etmək lazımdır. Bankomatların hamısına bu tipli şərait yaradılmalıdır. 30 bankın heç olmasa, 20-nə icazə vermək lazımdır ki, faizsiz vəsait çıxarılması mümkün olsun”, - V.Əhmədov əlavə edib/Report.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru