Zaxarova Gürcüstan prezidentinin ittihamlarına cavab verdi

22-06-2019, 08:12           
Zaxarova Gürcüstan prezidentinin ittihamlarına cavab verdi
Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Gürcüstan prezidenti Salome Zurabişvilinin Tbilisidəki etiraz aksiyaları ilə bağlı Moskvanın ünvanına səsləndirdiyi ittihamlara cavab verib.

Publika.az “Gazeta.ru”ya istinadən xəbər verir ki, Zaxarovanın sözlərinə görə, Zurabişvili Gürcüstan küçələrində təhlükəsizliyə zəmanət verdiyini deməli idi.

“Lakin siz yenə “işğalçılar” haqda köhnə mahnını xatırladınız”, - Rusiya diplomatı qeyd edib.

O həmçinin əlavə etdi ki, Gürcüstanda siyasətçilər qanunları və siyasi institutları xatırlamağa vaxt tapmayıblar.

ƏTRAFLI
Mezym_stomach_10
Xatırladaq ki, Gürcüstan prezidenti etiraz aksiyaları üçün Rusiyanın məsuliyyət daşıdığını bildirib.

Qeyd edək ki, Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında iyunun 20-də başlanmış aksiyalar bu gün yenilənib. İştirakçılar daxili işlər naziri Georqi Qaxariyanın istefasını tələb edirlər.

Polis çoxminli aksiyanın dağıdılması üçün nümayişçilərə qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib. Nəticədə 240 nəfər, o cümlədən 80 polis əməkdaşı zərər çəkib.

Respublikanın Daxili İşlər Nazirliyi 305 nəfərin saxlanıldığını açıqlayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.