Zelenski Putinə müraciət edib - Ukraynalı dənizçiləri azad etməsi üçün
28-06-2019, 00:09
Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinə ukraynalı dənizçiləri azad etməsi üçün müraciət edib.
APA-nın xəbərinə görə, bu barədə V.Zelenski Kiyevdə keçirdiyi brifinq zamanı bildirib.
“Bizim hamımızın uşağı var. Övladları valideynlərə qaytarın”, – deyə V.Zelenski vurğulayıb.
Ukrayna prezidenti qeyd edib ki, xarici işlər naziri Pavel Klimkin onunla Rusiyanın dənizçilərə dair notasına cavabı razılaşdırmayıb və bununla bağlı izahat tələb edib. O, həmçinin, bildirib ki, ölkənin Xarici İşlər Nazirliyinin hərəkətləri haqda internetdən öyrənir.
Qeyd edək ki, iyunun 25-də rəsmi Moskva Dəniz Hüququ üzrə Beynəlxalq Tribunala və Ukraynaya nota göndərib. Notada qeyd edilib ki, 24 ukraynalı dənizçiyə qarşı cinayət prosesi davam etdirilir, lakin Rusiya cinayət-prosessual qanunvericilik çərçivəsində danışıqlara getməyə hazırdır. Buna cavab olaraq P.Klimkin rəsmi Moskvadan dərhal və şərtsiz Beynəlxalq Tribunalın qərarını yerinə yetirməyi və bütün saxlanılan dənizçiləri azad etməyi tələb edib.
Rusiya Xarici İşlər Nazirliyi isə rəsmi Kiyevin öz dənizçilərinin azad edilməsi məsələsini müzakirə etməkdən imtina etməsini “paradoks” adlandırıb.