Osakada "Böyük iyirmilik" sammiti start götürüb

28-06-2019, 07:37           
Osakada "Böyük iyirmilik" sammiti start götürüb
Yaponiyanın Osaka şəhərində "Böyük iyirmilik" (G20) sammiti start götürüb.

"Report"un Yaponiyaya ezam olunmuş müxbirinin məlumatına görə, 37 ölkə və beynəlxalq təşkilat lideri ikigünlük görüşlər zamanı beynəlxalq gündəliyin daha aktual məsələləri üzrə fikir mübadiləsi aparacaqlar.

Sammit zamanı bir neçə sessiya, o cümlədən rəqəmsal iqtisadiyyata həsr olunmuş xüsusi sssiya olacaq.

Tədbirlərin əsas mövzusu rəqəmsal iqtisadiyyatın inkişafı, qlobal ticarət və investisiyalar, innovasiyalar, iqlim dəyişkənliyi məsələləri və dənizlərin plastik kütlələrlə çirkləndirilməsi ilə mübarizə və səhiyyə olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru