“TRAMI RUSLAR HAKİMİYYƏTƏ GƏTİRİB” – Eks-pezident Cimmi Karter

29-06-2019, 16:23           
“TRAMI RUSLAR HAKİMİYYƏTƏ GƏTİRİB” – Eks-pezident Cimmi Karter
Ağ Evin eks-başçısı Cimmi Karter bəyan edib ki, 2016-ı il pezident seçkilərində Rusiya Donald Trampın prezident seçilməsinə kömək edib.

Oxşar bəyanatları təkrar edən Karter bildirib ki, əslində Tramp seçkiləri uduzub, amma onun nəticələrini «rusiyalı hakerlər» dəyişdiriblər.

Eks-prezident təəssüf hissilə ifadə edib ki, hələ də bu məsələ üzrə «tammənalı araşdırma» aparılmayıb.

«Mən, hesab edirəm ki, tammənalı araşdırma göstərərdi ki, əslində 2016-cı ildə Tramp qalib glməyib. O, seçkiləri uduzub, amma onu hakimiyyətə gətiriblər, ona görə ki, ruslar onun adından müdaxilə ediblər» – deyə, «Polotico» nəşri eks-prezidentdən sitat gətirir.

Xatırladaq ki, Rusiya ABŞ-dakı seçkilərə müdaxilə ittihamını inkar edir. Bu yaxınlarda isə Robert Müllerin başa çatdırdığı təhqiqat «Tramp-Rusiya» sui-qəsdini yalanlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru