“Yuxarılar bəzi məmurları qurban verəcək…” – MİLLƏT VƏKİLİ

30-06-2019, 13:38           
“Yuxarılar bəzi məmurları qurban verəcək…” – MİLLƏT VƏKİLİ
"Gürcüstanda yaşanan olayların çevriliş həddinə gəlməsi ehtimalı böyük deyil. Yəni, burada
Ermənistanda olduğu kimi çevriliş, inqilab kimi amillərin təkrarlanacağı gözlənilmir. Sadəcə, ayrı-ayrı vəzifəli şəxslərin, spikerin istefası məsələsi gündəmə gəlir və bu tələblər ümumən reallaşır. Hesab edirəm ki, Gürcüstan hakimiyyəti baş verənlərdən daha az itki ilə çıxmaq xəttini seçib”.


Sfera.az-a açıqlamasında bu sözləri qonşu Gürcüstanda baş qaldıran gərginliyin hansı proseslərə gətirib çıxaracağına münasibət bildirərkən Milli Məclisin deputatı Elman Nəsirov deyib. Onun sözlərinə görə, baş verən olaylar fonunda bəzi məmurlar qurban veriləcək:


"Aşağıdan dövlət çevrilişinin reallaşmasındansa, yuxarılar özləri bəzi məmurları qurban verə bilərlər. Hazırda Gürcüstanda məhz bu tendensiya müşahidə olunur. Ona görə hesab edirəm ki, Ermənistanda olduğu kimi, dövlət çevrilişi, hakimiyyətin zəbt edilməsi ehtimalı Gürcüstanda elə də ciddi deyil. O səbəbdən ki, Gürcüstanda hakimiyyətdə olanların özləri də qərbyönümlüdür. Amma ayağa qalxan insanları sakitləşdirmək, məmnun etmək üçün müəyyən kadr dəyişikliklərinin olması ehtimalı böyükdür. Lakin bütövlükdə, Ermənistan ssenarisinin tətbiq olunacağı, yeni siyasi qüvvənin hakimiyyətə gələcəyi, inqilab olacağı ehtimalı çox aşağı səviyyədədir”.


Deputatın fikrincə, qonşu ölkədəki olayların tranzit yolları məsələsinə də hər hansı bir təhdidi yoxdur: "Hipatetik baxımdan ən mürəkkəb ssenarilər reallaşsa, dövlət çevrilişi baş versə də belə, kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq Gürcüstan dövləti və rəhbərliyi gözəl dərk edir ki, ölkələrinin iqtisadi rifahı ərazisindən keçən və Azərbaycanın müəllifi olduğu layihələrlə bağlıdır. Yəni, bu ölkədə kimlərin hakimiyyətdə olmasından asılı olmayaraq, Bakı-Tiflis-Çeyhan neft kəməri, Bakı-Tiflis-Ərzurum qaz kəməri və Bakı-Tiflis-Qars dəmir yolu xətti öz aktuallığını qoruyub saxlayır”.



Qeyd edək ki, qonşu Gürcüstanda beynəlxalq tədbirdə iştirak üəün gələn rusiyalı deputatın parlament spikerinin kreslosunda əyləşməsilə başlanan gərginlik yüksələn xətt üzrə davam edir. Bəzi ekspertlər ölkədə növbəti bir inqilab və yaxud çevrilişin baş verə biləcəyini də istisna etmirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.