Erməni kilsəsinin `mavi` sevgisi rusları qəzəbləndirdi
18-11-2015, 20:51
Fransada yaşayan erməni homoseksual cütlük öz sevgilərini kilsədə rəsmiləşdirmək üçün xüsusi olaraq Parisdən Ermənistana gəliblər.
AzVision.az “GayRussia.ru”ya istinadən xəbər verir ki, gey cütlük Mişa və Arno nikah mərasiminin keçirilməsi üçün Ermənistan apostol kilsəsinin rəhbərinin iqamətgahını Eçmiədzin kilsəsini seçiblər.
Qeyd edək ki, bu kilsə kompleksi erməni-xristianlar üçün Vatikanın ekvivalentidir.
Bu arada `sevgili`lərdən biri nikah mərasimini həyata keçirmək məqsədilə Parisdəki erməni kilsəsinin keşişinə müraciət etsə də, onun bu istəyi uğursuz alınıb.
- Keşiş söyüş söydü və telefon dəstəyini yerə qoydu. Arno çox məyus olmuşdu. Mən ona dedim: cəhənnəm olsun keşiş. Biz bunu öz istədiyimiz kimi edərik. Mən ona Ermənistana getməyi və keşişin heç bir razılığı olmadan Eçmiədzin kilsəsində nikaha girməyi təklif etdim, - deyə Mişa bildirib.
Mişa və Arno xüsusi olaraq Eçmiədzin kilsəsinə adamların az olduğu səhər saatlarında gəliblər. Onlar etiraf ediblər ki, “dini fanatiklər”in hücumundan qorxublar.
- Mən Arnodan ölüm bizi ayırana qədər həyatımın kişisi olmağa razı olub-olmadığını soruşdum. Onun cavabını bilirdim, lakin yenə də bu, olduqca həyəcanlı an idi. Biz öpüşdük, və bir-birimizdən gizli olaraq hazırladığımız üzükləri dəyişdirdik. Bax, beləcə mənim ailəm oldu, - deyə Mişa qeyd edib.
Bu arada Erməni Apostol kilsəsinin Rusiya iyerarxiyasının başçısı yepiskop Ezraz “İnterfax” agentliyinə müsahibəsində hadisə haqqında olduqca kəskin və neqativ tonda danışıb: “Ola bilməz! Pravoslav kilsəsində bizim belə şeylərə olduqca birmənalı və neqativ münasibətimiz var. Bu, bizim rəsmi mövqeyimizdir”.