ŞOK! Hakimiyyət təkrar seçkiyə gedir – 10 dairədə nəticələr ləğv edilir

20-11-2015, 01:55           
ŞOK! Hakimiyyət təkrar seçkiyə gedir – 10 dairədə nəticələr ləğv edilir
Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın dostu olan “AzəriGazbank”ın rəhbəri Çingiz Əsədullayev mandatını itirən yeganə şəxs olmayacaq. Qeyd edək ki, bir neçə gün əvvəl Çingiz Əsədullayevin deputat seçildiyi 90 saylı Ağdaş seçki dairəsinin nəticələri ləğv olunub. Məlumata görə, daha 9 dairədə seçkilərin nəticələri ləğv oluna bilər. MSK artıq yekun protokolunu Konstitusiya Məhkəməsinə təqdim edib. KM-nin yekun qərarında daha 9 dairədə nəticələrin ləğvi gözlənilir.
İddia olunur ki, Ziyad Səmədzadənin deputat seçildiyi 23 saylı Nəsimi-Səbayel, Azər Badamovun deputat seçildiyi 51 saylı Qusar, Malik Həsənovun deputat seçildiyi 67 saylı Cəlilabad şəhər, Fəzail İbrahimlinin deputat seçildiyi 69 daylı Cəlilabad-Masallı-Biləsuvar, Jalə Əliyevanın deputat seçildiyi 92 daylı Zərdab-Ucar, Naqif Həmzəyevin deputat seçildiyi 38 saylı Nizami ikinci(Gəncə), Hacı Salayevin deputat 44 saylı Sumqayıt-Xızı, Mirkazım Kazımovun deputat seçildiyi 68 saylı Cəlilabad kənd və İmamverdi İsmayılovun deputat seçildiyi 125 saylı Zəngilan-Qubadlı seçki dairələrində nəticələrin ləğv olunacağı gözlənilir.
Bildirilir ki, bu deputatlar Ziyad Səmədzadə, Azər Badamov, Naqif Həmzəyev, Fəzail İbrahimli, Hacı Salayev və İmamverdi İsmayılov Eldar Mahnudova yaxınlığı və ya qohumlarının keçmiş MTN şefinin şəbəkəsinin üzvü olduğuna görə hədəfə gəlib. Jalə Əliyeva nəqliyyat naziri Ziya Məmmədova görə, Malik Həsənov əmlak məsələləri dövlət komitəsinin sədri Kərəm Həsənovun qardaşı olduğuna, Mirkazım Kazımov isə adıçəkilən komitə sədrinə yaxın şəxs olduğuna görə “vurulur”. Qeyd edək ki, Kərəm Həsənovun adı “MTN işi”ndə hallanır. Ziya Məmmədova gəlincə, o, artıq portfelsiz nazirə çevrilib. Qanunvericiliyə görə, nəticələri ləğv edilən dairələrdə təkrar seçki keçirilməlidir. (İstiqlal.az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.