Azərbaycanda separatizmin daha bir nümunəsi: - Laçın nə zamandan kürd torpağı oldu, ay adamlar...

20-11-2015, 22:50           
Azərbaycanda separatizmin daha bir nümunəsi: - Laçın nə zamandan kürd torpağı oldu, ay adamlar...
Neçə gün idi ki, teref.aznun poçtuna gələn bir yazı məni düşündürürdü. Məktubun əsas məğzi Laçın rayonunun icra başçısı Akif Səlimova qarşı KİV-də kürd separatçılarının kütləvi qarayaxma kompaniyasına başladıqları vurğulanırdı. Məktubu yazan şəxs yazırdı;
"Nurəddin bəy siz medianı izləsəniz görərsiniz ki, əsas şikayətlər kürd separatizmini dəstəkləyən və özləri kriminal ünsürlər olan şəxslərdirlər. Onlara Akif Səlimov sərf eləmir. Çünki Akif Səlimov rayonda etnik hansısa ayrı seçkilik aparmır və kürdlərin böyük əksəriyyətinin rəğbətini qazanıb. Bu adlarını kürdlərin hüquqlarını qoruyan qoyan şəxslər isə, sadəcə aranı qatmaq istəyirlər ki, etdikləri əməllərdən quru çıxsınlar."
Əvvəl elə bildim ki, bunu başçı özü yazdırıb, lakin müəyyən araşdırmalar apardıqdan sonra əmin oldum ki, bu həqiqətən belədir.
Hörmətli oxucular DİA.az saytının bu araşdırmasını oxuyandan sonra sizlərədə hər şey gün kimi aydın olacaq. Laçın rayon icra icra başçısı bu kriminal elementlərin qarşısında bir maneədir və onlar onu şər atmaqla yıxmaq istəyirlər.
teref.az DİA.az-ın bu kriminal separatçı elementlərin araşdırmasını aparıb və Teref info bu araşdırmanı sizə təqdim edir!


Azərbaycan tolerant ölkədir. Bu sözün əsl mənasında və hər baxımdan belədir. Amma bizim dözümlülüyümüzün də bir həddi və bi hüdudu var.

Dəfələrlə həm ölkə prezidenti İlham Əliyev və həm də ayrı-ayrı dövlət adamlarımız çıxışlarında da bəyan ediblər ki, Azərbaycandakı dini, milli dözümlülük, tolerantlıq birbaşa olaraq Azərbaycanın milli dövlətçilik maraqlarına xidmət edir. Yəni bu da o deməkdir ki, kimlərəsə yaradılan əlahiddə azadlıq Azərbaycanın dövlət maraqlarının hüdudlarını aşa bilməz. Elə qanunlarımız da bunu deyir, bunu müdafiə edir.

Amma bir para qüvvələr var ki, dəfələrlə Azərbaycanda məhz kənar qüvvələrin təsiri ilə süni təxribatlara əl atılır, Azərbaycanda süni şəkildə bölücülük salınır. Halbuki bu gün Azərbaycanda istənilən dini və milli azlıqlar, hətta cinsi azlıqlar belə məhz Azərbaycan dövlətinin qanunları ilə böyük azadlıqlara malikdirlər.

Bir daha vurğulayırıq ki, maləsəf, məhz kənar güclərin təsiri altında təxribatçılar hər zaman iş başında olublar və bu gün də Azərbaycan dövlətinə qarşı, Azərbaycanın havasını uda-uda, Azərbaycanda yaşaya-yaşaya bölücülük fəaliyyətlərindən qalmırlar.

Kimdir onlar?

DİA.AZ xatırladır ki, bu barədə cəmiyyət yetərincə məlumatlıdır. Məsələn, bu günə kimi Azərbaycanda aşkar şəkildə fəaliyyət göstərən PKK yandaşları var ki, onlara qarşı hansısa ölçü götürülməyib. Yalnız Qaraçuxurda məsciddə terror aktı törətdikdən sonra Bakıdakı bəzi PKK meyilli şəxslər həbs olundu. Yəni anlaşılanı odur ki, cəza yalnız konkret cinayət əməli törədiləndə baş verir.

Amma düşmən təbliğatını aparan "Dİplomat" kimi qəzetlər, ayrı-ayrı "facebook" istifadəçiləri isə belə cəzalardan kənarda qalırlar.

Hər halda "Diplomat" qəzetinin baş redaktoru Tahir Slüeymanın rahatlıqla İraq və Suriya kürdlərinin liderlərilə, hətta PKK və YPG kimi terrormu təşkilatlara aid simalarla fotolar çəkdirib yan-yana düzməsi, özünün nəşr etdiyi qəzetdə Azərbaycan və Türkiyə dövlətlərinə aid ərazilərdə uydurma "Kürdüstan dövləti" yaratması və hətta Azərbaycanın dövlət rəsmilərini bu Kürdüstanı dövlət kimi tanımağa çağırması zamanında ciddi siqnal olmalı idi.

Məsələn, DİA.AZ Tahir Süleymanın hələ 2014-cü ilin 11 yanvar tarixində media qarşısında utanmadan etdiyi təklifi diqqətinizə çatdırır:

"Azərbaycana “Kürdüstan”ı tanımaq təklif olundu

"Diplomat"ın baş redaktoru Tahir Süleyman "Kürdüstanın rəhbəri" Məsud Bərzani ilə

“Diplomat” qəzetinin Idarə Heyəti Media Mərkəzində dövlət başçısı Ilham Əliyevə müraciətlərilə bağlı mətbuat konfransı keçirib. Qəzetin təsisçisi Tahir Süleyman müraciətin mətnini açıqlayıb. Müraciət müəllifləri əsas məqsədləri kimi Iraqın şimalında, “Kürdüstan” kimi tanıdılan ərazidə qurulan siyasi qurumun ərazisində Azərbaycan nümayəndəliyinin, Azərbaycanın isə Iraq və adı çəkilən bölgədə səfirlik və konsulluqlarının açılması olduğunu qeyd edirlər.
Həm də müəlliflər bunu Azərbaycanın problemlərinin bu bölgədə təşviq olunması ilə əlaqələndirmək istəyirlər. Ermənistanın Iraqa və adı çəkilən bölgəyə münasibətdə bir sıra addımlar atdığını nəzərə çatdıraraq, rəsmi Bakını faktiki tələsməyə və Ermənistanı qabaqlamağa çağırırlar.
Tədbirdə deyilib ki, rəsmi Bağdad Azərbaycanın Iraqda səfirlik açması ilə bağlı Azərbaycanın RF səfirliyinə dəfələrlə müraciət etsə də, qaneedici cavab almayıb.
Bununla birgə, aydın deyil ki, niyə rəsmi Bağdadın funksiyalarını “Diplomat” qəzeti öz üzərinə götürür?
Türkiyədə kürd-türk qarşıdurması haqda danışan T.Süleyman bu qarşıdurmanı Avropa önündə güclü Türkiyə görmək istəməyənlərin, silah satmaqda maraqlı olanların layihəsi adlandırıb. Amma dəfələrlə sual verilməsinə baxmayaraq, T.Süleyman Iranda, Rusiyada, Suriyada kürdlərin problemlərinə toxunmayıb.
T.Süleyman eyni zamanda PKK-nın yeri və roluna dair sualı da cavablandırmaqdan yayınıb. Beləliklə, bu qurumun niyə yaradılması, təyinatının nədən ibarət olması, bu qüvvədən Türkiyə əleyhinə hansı dövlətlərin istifadə etməsi məsələsinə də aydınlıq gətirilməyib.
Bir sözlə, iki dövlət arasında həll edilməli olan bir məsələnin bir qəzetin Idarə Heyəti səviyyəsində mətbuata çıxarılması özü maraqdan çox sual və təəccüb doğurur.
“Turan”ın bu xəbərinə onu əlavə edirik ki, “Diplomat” adlı qəzet Iraq “Kürdüstan”ına Azərbaycanlı jurnalistlərin müntəzəm səfərini təşkil edir. Bu qəzeti Iraq “Kürdüstan”ının Azərbaycandakı nümayəndəliyi adlandıranlar da var".

Elə "Turan" agentliyinin bu məluamtından da aydın olur ki, Tahir Süleyman Azərbaycanda geniş fəaliyyət göstərir. O qədər geniş fəaliyyət ki, hətta bu gün onun ayrı-ayrı cameələrdə belə tərəfdarları, fikirdaşları var ki, onlar da Azərbaycan torpaqlarını belə "Kürdüstan kimi qələmə verməkdən çəkinmirlər. Həmin şəxslərdən biri isə bir zamanlar Laçın rayon təhsil idarəsinə çalışnış Müqabil Baxışovdur. Bildirək ki, bu şəxs artıq rəsmi soyadını da "Kürdoğlu" imzası ilə dəyişərək ayrı-ayrı yerlərdə PKK-nı aşkar şəkildə təbliğ edən çıxışlarda bulunur.

Xatırladaq ki, bir müddət əvvəl də bu adam yerli KİV-lərin diqətinə gəlmişdi. Həmin zaman isə Müqabil Baxışov Nizami Gəncəvini kürd şairi adlandırmaqla özünü gözə soxmağa çalışırdı.

Qeyd edək ki, sosial şəbəkələrdə kifayət qədər aktiv olan Baxışov ayrı-ayrı mətbu orqanlara özünü zərərçəkən kimi təqdim edərək sakini olduğu Laçın rayonunun, habelə ayrı-ayrı dövlət qurumlarının rəhbərlərinin ünvanına da böhtanlar yağdırmaqla məşğuldur. Dəfələrlə onun əzabkeş birisi olduğunu güman edən DİA.AZ saytı belə Baxışovun məmurlar tərəfindən əzildiyini zənn edərək onun şikayətlərini işıqlandırıb.

Amma indi aydın olur ki, bu adam əslində bir PKK yandaşı təfəkkürü ilə yaşadığı torpağın, dövlətin təəsübünü çəkmək əvəzinə onun kökünü baltalayan bir məfkurəyə qulluq etməkdədir.

Buna şübhəsi olanları isə Müqabil Baxışovun "facebook"dakı səhifəsinə göz salmağa dəvət edirik. Həmin səhifədəki bəzi FOTOları isə diqqətinizə çatdırırıq:




Elə buradan aydın olur ki, işğal altında olan Laçın rayonunu "Kürdüstan" adlı bir təxəyyül məhsulunun bir parçası kimi görən bu şəxslər Azərbaycana nə qədər "sevgilə" yanaşırlar...

Araşdırmalarımız davam edir. Bizi izləyin...
P.S İndi siz deyin belə adamlarda Azərbaycan torpaqlarının bütövlüyü uğrunda döyüşmüş və hər şeyindən keçmiş olan batalyon komandiri Akif Səlimova qarşı hansı sevgidən söz gedə bilər? Belə xəbis adamların bir nömrəli düşməni vətənpərvər insanlardırlar və hamımız onları ifşa etməliyik!! teref.az.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.