Güney Azərbaycan parlamenti ideyası dəstəklənir: - “Yaxşı ideyadır”

2-09-2019, 11:18           
Güney Azərbaycan parlamenti ideyası dəstəklənir: - “Yaxşı ideyadır”
Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) başqanı doktor Mahmudəli Çöhrəqanlı milli mübarizədə səmimi olan bütün hərəkatçıları birləşməyə çağırıb.

Cebhe.info xəbər verir ki, GAMOH lideri Güneydə, Quzey Azərbaycanda, Avropada, Amerikada yaşayan milli hərəkatçılara səslənərək mühacir parlamentinin yaradılmasını təklif edib. Türkiyədə yaşayan güneyli soydaşımız, ictimai-siyasi fəal Kərim Əsgəri Cebhe.info-ya açıqlamasında Çöhrəqanlının çağırışına münasibət bildirib. Güneyli fəal GAMOH liderinin təklifini təqdir edib:

“Hörmətli doktor Mahmudəli Çöhrəqanlı bəyin təklifi dəyərlidir, amma yeni deyil. Daha öncə də mühacirətdə Güney Azərbaycan parlamentinin yaradılması təşəbbüsü olub. İdeya olaraq yaxşıdır, yerindədir. Ancaq təəssüf olsun ki, indiki şəraitdə gərçəkləşməsi çətin görünür”.

K.Əsgərinin sözlərinə görə, Çöhrəqanlının buna qədər verdiyi bir sıra bəyanatlar hərəkatçılarda narazılıq yaradıb ki, bu amil ideyanın reallaşmasını çətinləşdirir:

“Hörmətli Mahmudəli bəyin çıxışları milli hərəkartda bəzi insanları incidib. Bu durum da məsələni çətinləşdirir. Ancaq mən düşünürəm ki, milli hərəkat milli mücadilə bayrağını açıbsa, bu problem də aradan qalxacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru