Pompeo Avropa Komissiyasının yeni başçısı ilə görüşüb

3-09-2019, 07:54           
Pompeo Avropa Komissiyasının yeni başçısı ilə görüşüb
ABŞ-ın dövlət katibi Mayk Pompeo Brüsseldə Avropa Komissiyasının yeni rəhbəri Ursula fon der Lyayenlə görüşüb.

Bu barədə "Report" Rusiya mətbuatına istinadən xəbər verir.

Məlumata görə, Pompeo Ursulanı Avropa Komissiyasının başçısı vəzifəsinə seçilməsi münasibətilə təbrik edib.

"Tərəflər ABŞ-la və Avropa Birliyi arasında möhkəm əməkdaşlığın Atlantikanın və bütün dünyanın hər iki tərəfdən çiçəklənməsi üçün həlledici əhəmiyyə malik olduğunu təsdiq etdilər", - deyə Dövlət Departamentində bildiriblər.

Tərəflər həmçinin ümumi problemlərin həlli üzərində birgə işləməyə sadiq olduqlarını ifadə ediblər.

Qeyd edək ki, ABŞ-ın dövlət katibi bu gün Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqlə də görüşəcək. Tərəflər cari təhlükəsizlik məsələlərini, NATO ölkələrinin xarici işlər nazirlərinin növbəti görüşünü, eləcə də alyans üzvü ölkələrinin dövlət başçılarının görüşünü müzakirə edəcəklər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru