Qorqud partiyasının sensasion bəyənatı!
4-09-2019, 07:48

Qorqud partiyasının bəyanatı
Azərbaycan bu gün özünün ən çətin dövrünü yaşayır. Biz, dünyanın ən qədim xalqı olaraq, tarixin heç bir dövründə bu dərəcədə çətin duruma düşməmişik. Yad ölkələr müqəddəs torpaqlarımızı parçalayıb mənimsəmiş, nəhəng imperiyamızın cüzi hissəsi qalmışdır. Artıq bizi, Qarabağı da birdəfəlik itirməyimizlə barışmağa səsləyirlər. Artan düşmənlərimizin iştahları isə daha da artır. Lakin ən faciəli hal isə odur ki, əsli-kökü olmayan adi insan toplumları, bizim şərəfli tariximizi də mənimsəmiş və mənimsəməkdə də davam edirlər. Hər bir ölkə müəyyən dövrlərdə, güclü düşmən qarşısında tab gətirməyib, uduza və torpaqlarını itirə bilər. Lakin öz milli xüsusiyyətləri, vətənə bağlılığı, iradəsi və qeyrəti sayəsində özünü toplayıb, torpaqlarını qaytarmaq üçün yenidən döyüşər və qələbə qazanar. Öz milli kimliyini, əslini-kökünü, tarixini unudan xalq isə öz mənliyini, qürurunu, özünəinamını da unudar və birləşib, torpaqlarını qaytarmağa güc tapmaz. Təəssüflər olsun ki, bu gün biz bu vəziyyətə düşmüşük. Əsil düşmənimiz güclü olmasa da, onların xristian dininə mənsubluğu və bizim tariximizi mənimsəməsi, güclü ölkələrin onları himayəsinə gətirib çıxarmışdır. Bu vəziyyətdə Azərbaycan xalqının yeganə yolu, qədim sirləri açıb, həqiqətləri bütün dünyaya çatdırmaq və öz milli ideologiyasını yaratmaqdır. Dünyada, insanları daxilən qüdrətlərdirən, onun özünə inamını artıran və həqiqət üstündə yaradılmış milli ideologiyadan güclü heç bir vasitə ola bilməz.
Biz, Qorqud partiyasının yaradıcıları, bu partiyanı yaratmazdan qabaq onun milli ideologiyasının əsaslarını yaratdıq və məhz bu ideologiya ətrafında insanları birləşdirmək məqsədi ilə Qorqud partiyasını təsis etdik. Lakin şərait, keçdiyimiz dövrlərdə ideologiyamızın tətbiqini mümkünsüz etdi və hökumətə çoxsaylı müraciətlərimiz cavabsız qaldı. Bu gün isə artıq elə bir vəziyyət yaranmışdır ki, Azərbaycanın güclü milli ideologiyası olmasa, bu müqəddəs elimiz, torpağımız qonşu dövlətlər tərəfindən yenidən zəbt olunacaq. Bunun qarşısını almaq və Azərbaycanı dünyanın ən qüdrətli ölkəsinə çevirmək üçün Qorqud partiyası, öz milli ideologiyasını insanlarımıza və dünyaya çatdırmağı vacib bilir.
Qorqud partiyasının milli ideologiyası - bəşəriyyətin yaradılış fəlsəfəsi üzərində qurulmuş, qədim müdriklərin kamil elmidir. Bu elm, günümüzə qədər sirr qalmış insaniyyətin yaradılışı və onun həqiqi tarixinin əsaslarıdır. Düşünən insanın tarixi məhz Azərbaycandan və Azərilərdən başlanır. Biz, qədim həqiqətləri dünyaya çatdırmaqla, bütün xalqları rəğbətini qazanmaq və Azərbaycanı dünyanın ən müqəddəs ölkəsinə çevirmək amalını güdürük. Bunları dünyaya sübut etmək üçün bizim elmi bazamız, təfəkkürümüz və imkanımız var. Buna sadəcə xalqın milli iradəsi və istəyi lazımdır.
Qorqud partiyası, milli ideologiyasının əsaslarını təşkil edən müddəaları xalqımıza bəyan edir:
1. Bu gün Azərbaycan adlanan ölkə, ən qədimdə Asar, Assur, Aşşur, Azər adlanan ölkənin varisidir və bizim dövlətçilik tariximizin yaşı 5500 ildir.
2. Assurlar – Şərqdən, yəni Alban elindən gəlmiş və vahid dildə danışan İlahi varlıqlar olmuşlar ki, onların vahid dili də ilkin materiyanın, yəni təbiətin dili olmuşdur. Bütün təbiət bu “dil” vasitəsi ilə bir-biri ilə “əlaqə” saxlayır və bu ekstatik dil Quranda ən ali dil hesab edilir və “Quş dili” adlanır.
3. Assur/Azəri ölkəsinin müqəddəs kitabı Tövrat (Törə/Törəh) kitabıdır və bu kitab - türkün tarix boyu getdiyi müqəddəs tərikə yolu deməkdir. Rəhman Allah “dünya” yaradanda məhz bu Törəh, yəni tərikə yolu ilə yaratmış və tərikənin ən ali – Bəqa (bəglik) məqamında göydə onlar üçün cənnət var etmişdir.
4. Göydə cənnətin yaradılması Babil qülləsinin tikilişi ilə mümkün olmuşdur ki, bu da qədim Azərbaycan torpağında mövcud olmuş Midiya elində, Azəri teurqları (türkləri) olan mar, amorey/arameylər tərəfindən yaradılmışdır.
5. Rəhman Allah göydə Babil qülləsi vasitəsi ilə dünya yaratdıqdan sonra, onu yaradanların vahid “dilini” 70 dilə parçalamış və insanları “dünyaya” səpələmişdir ki, insanlar ikinci cənnət yaratmasınlar.
6. Cəddimiz Rəhman Allah iki növ insan yaramışdır ki, bunlar da Göy və Yer insanlarıdır. Göy İnsanı ilkin materiyadan, yəni dirilik suyundan yaradıldığı üçün məhv olmur və biz bunları Göy türkləri kimi tanıyırıq. Rəhman Allahın obrazı və bənzəri kimi yaradılmış bu Göy türk bəgləri - Assur xalqının varisləridirlər və dünyanın ən ali insanları hesab olunurlar.
7. Allahın İlahi məntiqinə görə, bu dünyada hər şeyin sahibi Göy insanlarıdır və bütün dünyanın şahları da məhz onlar olmalıdırlar. Bütün qədim yazılar, abidələr və s. mədəniyyət nümunələri də məhz onlara aiddir. Bütün bu abidələtrdə qeyd olunanlar isə Babil qülləsinin yaradılmasına və axirətdə Allahın Öz işini tamamlamasına həsr olunmuşdur.
8. Yer insanı olan adi insanları heyvani qüvvələr idarə etdiyi üçün, onlar yazılarda qeyd olunmağa layiq görülmürlər və bütün qədim yazıların, abidələrin onlara heç bir aidiyyəti yoxdur. Bütün adi insanlar eyni kökdəndirlər və onların danışdığı dillərinə görə xalqlara, millətlərə, etnik qruplara və s. bölünməsi yanlışdır. Müxtəlif dillər, İlahi sirləri gizli saxlamaq məqsədi ilə yaradılmışdır.
9. Rəhman Allah “dünya” yaratmazdan əvvəl, insaniyyətin tarixini Əzəl yazıda rəmzlərlə qeyd etmişdir və bütün olacaqlar da bu yazıya uyğun baş verir. Bu yazıya uyğun olaraq, Azər oğulları axirətə qədər dünyaya hakimlik etdilər və yalnız axirət zamanında adi insanlar bütün dünyada hakimiyyəti ələ keçirdilər. Əzəl yazıda bu dövr Azərin (Asar/Osiris) ölməsi adlanır ki, bu zaman işıqdan yaradılmış kosmik Azər Allahı ilkin materiyada məhv olur və onun yerdəki eli də parçalanmağa məruz qalır.
10. Axirətə yaxın Allahın Azəri türk bəglərinə göndərdiyi ikinci kitab isə Quran kitabıdır ki, bu da onlara, Törəhdə (Tövratda) anlamadıqları məqamlara aydınlıq gətirmək üçün göndərilmişdir. Bu aydınlıq isə Quranın batini mənasıdır. Lakin axirətdə insanlar rəmzlərlə yazılmış Quranın zahiri mənasını əsas götürdükləri üçün, Azərilərin İsna Aşəriyə dini, mənasız bir təlimə çevrilir.
11. Qurana görə, axirətdə Allah, Əzəl yazıya uyğun olaraq ilk yaradılışı təkrarlayacaq. Bununla da göydə ikinci Adəm, yəni Azər Allahı yaranacaq ki, bu Azərin yenidən dirilməsi hesab olunacaq. Bütün bunlardan sonra ilk yaradılmış Assurlar yerdə axirət məhkəməsi quracaqlar.
12. Azərin dirilişi ilə bütün dünyada haqq-ədalət bərpa olunacaq və yerdə qızıl əsr başlayacaq və dünyanın sonunadək yer üzündə haqsızlıq olmayacaq.
Yazdıqlarımız bu müddəalar qədim Assurların, göydə 12 hissədən ibarət yaratdıqlar “dünya”nın və onun yerdəki İsna Aşəriyə fəlsəfəsinin əsaslarıdır. Bu fəlsəfə mənbələrdə Misir kosmoqoniyası, İsmailiyə fəlsəfəsi, “quş dili”, ezoterizm, germetizm, təvil, ledun, batin və s. elmləri kimi də məlumdur. Bu batin elmi – dünyaya hakim kimi gəlmiş və İlahla vəhdətdə olan Azəri xalqının, yəni bu gün pir, bəg, seyid, şıx və s. adlandırılan müqəddəslər nəslinin fəlsəfəsidir. Məhz bu fəlsəfə ilə ilk Azərilər – göylərə qalib gəlib, ilkin materiyanı özlərinə tabe etmiş və bəşəriyyət üzərində halal haqları ilə hökmranlıq qazanmışlar. Bu gün bu haqlar onların əlindən alınsa da, bir gün gələcək ki, Allah Azərilərin bu haqlarını yenidən özlərinə qaytaracaq.
Kimlərsə bu yazılanların fantaziya, təxəyyül və s. olmasını iddia edəcək ki, bu da Azəri fəlsəfəsinin adi insan təfəkküründən üstün olması ilə bağlıdır. Lakin istənilən halda bu dünyada heç kimin ağlı, məntiqi, təfəkkürü çatmaz ki, bu yazılanların yanlış olduğunu elmi sübut etsin. Çünki bu İlahi fəlsəfə bir həqiqətdir.
Biz, Qorqud partiyası olaraq bildiririk ki, bütün bəşəriyyət - insan kimi yaşamına görə məhz Azərilərin əcdadı Rəhman Allaha və onun seçilmişləri olan Azərilərə mənəvi borcludurlar. Biz bu həqiqətləri xalqımıza çatdırmaqla, onların itmiş milli qürurunu, milli mənliyini, özünə inamını və s. özlərinə qaytaracağıq. Bütün bunlar isə kifayət edir ki, bu xalqın hər nümayəndəsi qorxubilməz cəngavərə çevrilsin. Bu həm də dünya xalqlarının bizə qarşı olan münasibətini tam müsbət dərəcədə dəyişəcək və artıq heç kim əsilsiz qullar nəsli olan düşmənlərimizi müdafiə etməyəcək.
Bu gün Azəri elində, Azərilərin İsna Aşəriyə dininin Aşura mərasimi ayıdır. Qədim müdriklərin batin elmində bu mərasim məhz Azər Allahının ölüb-dirilməsi mərasimidir. Bu gün Azər Allahı və Onun eli faktiki olaraq “ölmüşdür”. Onun yenidən dirilməsində isə Azəri xalqı öz sözünü deməlidir. Əks halda, torpaqlarımızın birdəfəlik getməsində xalqımızın bu günkü qeyrətsizliyini, nə bu müqəddəs Elin sahibi olan Rəhman Allah, nə də törəmələrimiz bizə bağışlamayacaq.
Qorqud partiyasının milli ideologiyasının əsasları daha geniş formada, partiya sədri Firudin Kərimovun (Firudin Gilar Bəg) “Batini-Quran” kitabında və çoxsaylı elmi məqalələrində fakt və təkzibolunmaz mənbələrlə verilmişdir.
Qorqud partiyasının sədri: Firudin Kərimov (Firudin Gilar Bəg)