Azərbaycanı ayətullahlara satmağa hazır olan binamuslar - Fazil Mustafa türkmən qətliamından yazdı
23-11-2015, 13:12
usiya və İranın gerçək niyyətləri artıq üzə çıxmaqdadır. Dini ayrı, dili ayrı, yaşam tərzləri ayrı, siyasi rejimləri ayrı, ancaq siyasətləri bir əsrdir qardaşlıq üzərində qurulan bu iki dövlətin birliyinin zülmünü həmişə biz türklər çəkməkdəyik. İndi buyurub Vətənimizi ayətullalara satmağa hazır olan bəzi binamuslarımız bizi İrana qarşı qərəzdə suçlasınlar. Məgər görmürsünüz ki, Əsəd adlanan qatilin artıq ordusu qalmayıb?
Bu ordu hər cür müsəlman qətliamına hazır İranlılardan başqası deyil ki... İŞİD-ə qarşı mübarizə apardıqlarını bəyan etsələr də, Rusiya havadan, İran gücləri də qurudan İŞİD-i bir tərəfə buraxıb Suriyadakı türkmənləri qətlə yetirməyə başlayıblar. Tarixə bir də nəzər salın, Səttarxan hərəkatını da fars dinçiləri ilə rus kazakları birlikdə dağıtdılar və onları birlikdə güllələdilər. Xiyabanini də yenə də eyni qüvvələr küçənin ortasında güllələdilər. Pişəvəri hərəkatını da ruslar və farslar birlikdə məhv etdilər. Bu dəfə isə türkmənləri öldürənlərin arasında çox sayda Xomeyni ideologiyası ilə zəhərlənmiş bioloji varlıq nöqteyi nəzərindən bizim sayılan türklər var.
Türkmən qətliamına qarşı Türkiyənin səylərini birmənalı olaraq dəstəkləyirəm və çox istərdim ki, Azərbaycan da rəsmi səviyyədə bu qətliama münasibət bildirsin. Bununla yanaşı bir gerçəyi də Azərbaycan hakimiyyətinin və cəmiyyətinin diqqətinə çatdırmaq istəyirəm. Bizim müstəqilliyimiz üçün bir gün gələcək ən ciddi təhlükə Rusiya -İran birliyi ola bilər. Bu birlik artıq Surayada sınaqdan çıxarıldı, buradakı vəzifələrini yerinə yetirəndən sonra bölgədə yeni hədəflər axtarmağa başlayacaqları istisna deyildir.
Onsuz da Xəzər dənizinin üzərindən Suriyaya uçan raketlər bizə lazımi mesajları verməkdədir. Bu birliyin təhlükəsi qarşısında heç Türkiyənin də kömək etməyə imkanı olmaya bələr. Biz Azərbaycanın müstəqilliyinin qorunması üçün mübarizə aparacaq insanların qarşısında bu gün rus-fars-erməni birliyinin sırasında həm bu tərəfdən, həm də o tərəfdən özbəöz türkcə danışan zombiləşmiş qardaşlarımızı görəndə qətiyyən təəccüblənməməliyik. Çünki bu prosesin qarşısını almaq üçün illərdir ciddi tədbirlər görmədiyimizin mümkün nəticəsələrini indidən proqnozlaşdırmaq olar. İndi anlaşıldımı ki, bizim hansısa ölkəyə, dinə, məzhəbə qarşı qərəzlı münasibətimiz yoxdur, sadəcə öz Vətənimizi gözləyən mümkün təhlükəyə qarşı sağlam düşüncəli insanlarımızı aydınlatmağa çalışırıq? Allah göz bəbəyimiz olan Azərbaycan dövlətini bütün təhlükələrdən qorusun!
Fazil Mustafa, millət vəkili, BQP başqanı