Nikolas Maduro Rusiyaya rəsmi səfərə hazırlaşır

24-09-2019, 06:16           
Nikolas Maduro Rusiyaya rəsmi səfərə hazırlaşır
Venesuela prezidenti Nikolas Maduro yaxın saatlarda Rusiyaya rəsmi səfər etməyə hazırlaşır.

APA “Life”a istinadən xəbər verir ki, bu barədə o, çıxışı zamanı bildirib.

“Dostumuz prezident Putinlə görüşmək üçün bu gecə Rusiyaya rəsmi səfər edəcəm”, - Maduro belə deyib.

O, həmçinin rusiyalı sahibkarlarla görüşmək, iki ölkə arasındakı münasibətlərin dinamikası və mümkün yeni impulsları müzakirə etmək niyyətindədir.

Bundan əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskovun jurnalistlərə verdiyi məlumata görə, Vladimir Putin Soçidəki Valday Forumu çərçivəsində Venesuela prezidenti Nikolas Maduro ilə görüşəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru