Tramp Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsi sədrinin həbsini tələb edir

30-09-2019, 19:17           
Tramp Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsi sədrinin həbsini tələb edir
“ABŞ Konqresi Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Adam Şiff Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığımı təhrif etdiyi üçün həbs edilməlidir”.

“Report” xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “Twetter” hesabında yazıb.

“Adam Şiff Ukrayna prezidenti Vladimir Zelenski ilə danışığımla bağlı saxta faktlar açıqladığı və vətənə xəyanət etdiyi üçün həbs olunmalıdır”, - deyə Donald Tramp vurğulayıb.

Qeyd edək ki, D.Tramp Vladimir Zelenski ilə 2019-cu ilin iyulundakı telefon danışığında ABŞ-ın keçmiş vitse-prezidenti Co Baydenin oğlu Hunter Baydendən bəhs edib.

Xatırladaq ki, A.Şiff ermənilərin saxta iddialarını müdafiə, Dağlıq Qrabağa dair tarixi sənədləri və faktları tez-tez təhrif edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru