Boris Conson məhkəməyə verildi

7-10-2019, 08:07           
Boris Conson məhkəməyə verildi
Böyük Britaniyanın Baş naziri Boris Conson məhkəməyə verilib.

Teref.az Azərtac-a istinadən xəbər verir ki, biznesmen Deyl Vins, vəkil Co Mauqam və Şotlandiya İcmalar Palatasının üzvü Jovanna Çerri Şotlandiyanın ən yüksək məhkəməsinə müraciət edərək Baş nazirin “Benn aktı”na nə dərəcədə əməl edəcəyinə aydınlıq gətirməsini tələb ediblər.

Sentyabr ayında İngiltərə Parlamentində Leyboristlər Partiyasının üzvü Hilari Benn tərəfindən təqdim olunaraq qəbul edilən “Benn aktı”, ölkənin müqavilə olmadan Avropa İttifaqından (Aİ) oktyabrın 19-dək müqaviləsiz ayrılması dəqiqləşərsə, B.Consonun “Brexit” prosesinin təxirə salınması barədə müraciət etməsini nəzərdə tutur.

Baş nazir son açıqlamasında istər müqavilə ilə, istərsə də müqaviləsiz İngiltərənin Aİ-ni oktyabrın 31-də tərk edəcəyini deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru